Antarktida üzərindəki ozon dəliyi həyəcanverici ölçülərə çatıb və böyüməyə davam edir
09.10.2023 12:44

Kosmosdan çəkilmiş fotoşəkillər göstərir ki, Antarktida üzərindəki ozon dəliyi bu il tarixdə ən böyük ölçülərdən birinə çatıb.


Aztibb.az “Daily Mail”ə istinadən xəbər verir ki, onun sahəsi 26 milyon kv.km-dən çoxdur ki, bu da müqayisədə Braziliyanın ərazisindən 3 dəfə böyükdür.


Göstəricilər sentyabrın 16-da qeydə alınıb. Elm adamları ozon dəliyinin daha da genişlənməsindən ciddi narahat olduqlarını bildiriblər.


Bu dəliyin sahəsi mövsümdən asılıdır və o, Cənub Yarımkürəsinə yazın gəlişi ilə avqust ayında artmağa başlayır. Dekabrdan fevral ayına qədər, Antarktidada yay olduğu zaman, dəlik kiçilir.


Bu proses hələ 1985-ci ildə müşahidə olunub. Bu, 20-ci əsrdə ozon təbəqəsini məhv edən kimyəvi maddələrin sənayedə geniş istifadəsinin nəticəsi idi ki, ciddi ekoloji fəsadlara səbəb oldu.


Sonradan, bu maddələrə qadağalar tətbiq edildikdən sonra vəziyyət tədricən yaxşılaşdı. Bununla belə, ozon bəşəriyyətin hələ nəzarət edə bilmədiyi digər təsirlərə də məruz qalır.


Ozon dəliyi 2023-cü ildə həmişəkindən daha tez açılıb və onun yenidən nə vaxt bağlanacağı hələlik məlum deyil. Versiyalardan birinə görə, bu, atmosferə böyük miqdarda su buxarı buraxan Tonqa vulkanının güclü püskürməsi ilə bağlı ola bilər.


Stratosferdəki ozon təbəqəsi günəşdən gələn zərərli ultrabənövşəyi şüaların qarşısını almaqda mühüm rol oynayır.


Ozon dəliyi böyüdükdə daha çox ultrabənövşəyi radiasiyanın Yer səthinə çatmasına şərait yaradır. Bu canlı orqanizmlər, o cümlədən insanlar üçün zərərli ola bilər və dəri xərçəngi də daxil olmaqla müxtəlif dəri xəstəliklərinə səbəb ola bilər, həmçinin gözlərə zərər verə və dəniz və quru ekosistemlərinə mənfi təsir göstərə bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev