Həkim: Qan dövranı üçün dərmanlar insultun qarşısını almaqda faydasızdır
09.10.2023 18:30

Beyində qan dövranını yaxşılaşdıran dərmanlar insultun qarşısını almaqda faydasızdır.


Aztibb.az actualnews.org-a istinadən xəbər verir ki, bu sözləri tanınmış həkim Aleksander Myasnikov bildirib.


Həkimin qeyd etdiyi kimi, yalnız Statinlər və Aspirin insult riskini azalda bilər. Lakin bu dərmanlar yalnız həkimlə məsləhətləşdikdən sonra qəbul edilməlidir, çünki bəzi insanlar üçün əks göstərişdir. Əks halda ciddi fəsadlar yarana bilər.


Beyində qan dövranını yaxşılaşdıran tabletlərə gəlincə, onlar insultun qarşısını almaqda faydasızdır. Ən çox neyroprotektorlar idrak funksiyasını yaxşılaşdırır.


Həkim pəhrizə günəbaxan yağı və balıq daxil etməyi məsləhət görür. Bu məhsulların tərkibində qan damarları üçün faydalı olan çoxlu doymamış yağ turşuları var.


Qeyd edək ki, mütəxəssislər qan dövranını yaxşılaşdırmaq üçün aerobik məşqləri məsləht görür ki, bu da beynə qan axınını artırır.


Hər gün yarım saat yürümək, 15 dəqiqə qaçmaq, velosiped sürmək, rəqs və həkimin tövsiyəsi ilə beynə qan axınını artıran qidaları pəhrizə daxil etmək məsləhətdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev