Hər üç dəqiqədə bir dəfə gülümsə - Təbəssümün 6 müsbət faydası
09.10.2023 16:57

Oktyabrın əvvəlində, ayın ilk cümə günü dünyada Ümumdünya Gülüş Günü qeyd olundu.


Aztibb.az actualnews.org-a istinadən xəbər verir ki, psixiatr və homeopat Dmitri Popov müsahibəsində təbəssümün insan orqanizminə müsbət təsirinə dair altı əsas səbəbə diqqət çəkib.


Birincisi, gülümsəmək sevinc hormonlarının, o cümlədən yüngüllük hissi verən endorfin istehsalını stimullaşdırır.


İkincisi, təbəssüm həmişə səmimi olmasa da, özünə inam verir.


Üçüncüsü, gülümsəmək immunitet sistemini gücləndirir, xəstəliklərdən qoruyur və hüceyrə fəaliyyətini dəstəkləyir.


Dördüncüsü, beyin fəaliyyətini stimullaşdırır, yaddaşı yaxşılaşdırır.


Beşincisi, təbəssüm, araşdırmalara görə ömrü yeddi ildən səkkiz ilə uzatmaqla əlaqələndirilir.


Altıncısı, gülümsəmək vərdişi bizim qavrayışımızı və başqaları ilə münasibətimizi dəyişə bilər.

 

Mütəxəssislər hətta gündə 300 dəfə gülümsəməyi məsləhət görürlər ki, bu da təxminən hər üç dəqiqədə bir dəfədir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev