Yeməkləri seçən uşaqların valideynləri üçün tövsiyələr
09.10.2023 12:00

Uşaqlar böyüdükcə onların dad hissiyatı da inkişaf edir, buna görə də artıq iməkləməyə başlayan uşaqların hər veriləni yeməsi normal haldır. Bir müddət keçdikdən sonra uşaqlar yeməkləri seçməyə başlayır. Bu dövrdə uşaqların yeməyi istədikləri şeylər daha azkən, yeməyi istəmədikləri şeylər daha çox ola bilər.


Aztibb.az xəbər verir ki, Narınc Psixologiya Mərkəzinin mütəxəssislərinin bildirdiyinə görə, xüsusən, anaların uşaqlara yemək mövzusunda təzyiq göstərməsi zaman keçdikcə əks reaksiyaya səbəb ola bilər.


Əziz analar, övladınız qabındakı son tikəni bitirənə qədər masadan qalxmasına qadağa qoymağınız heç də yaxşı bir fikir deyil. Yemək üçün məcbur etmək uşaqlarda stress yaradır və valideynlərinə qarşı mənfi bir fikir formalaşdırır.


Yemək seçimini artırın


Əgər övladınız yemək mövzusunda sizi incidirsə, onu məcbur etmədən yeni ləzzətləri sınaqdan keçirməsini tövsiyə edə bilərsiniz. Özünüz də bu işdə iştirak etsəniz, övladınız üçün yemək yeməyi əyləncəli bir hala gətirəcəksiniz! Ailəniz üçün sınanması gərəkən yeni yeməklərin siyahısını tərtib edin və bunu bir oyun halına gətirin. Bu gün axşam yeməyində hansı ləzzəti sınaqdan keçirək? Hətta ‘'Yemək Lotereyası'' adında bir oyun belə uydura bilərsiniz. Uşağınızın daha əvvəl sınadığı amma sevmədiyi bir yeməyi ikinci dəfə sınamağını təmin edə bilərsiniz. Bəzən birinci dəfə bəyənilməyən bir yemək ya da yeni bir resept, ikinci sınaqda ləzzətli gələ bilər. Bunu özünüz də uşağınızın qarşısında edərək nümunə ola bilərsiniz.


Keçmişdə yediyiniz və sevmədiyiniz bir yeməyi təkrar yeyin və ona ikinci bir şans verdiyinizi, çünki insanların dad hissiyatının dəyişə biləcəyini izah edin. Digər bir unikal yol isə tərəvəzləri ya da yeməyi rədd etdiyi yeməyi sevdiyi bir yeməyin içinə qatmaqdır. Məsələn, övladınız ispanaq yemirsə, sevdiyi bir yeməyin tərkibinə az miqdarda ispanaq əlavə edə bilərsiniz.


Burada diqqətli olub, yeni əlavə olunan ədviyyatın miqdarını düzgün nizamlamaq lazımdır. Əks halda övladınızın sevdiyi yeməyi də sevməməyinə səbəb ola bilərsiniz. Tərəvəzləri püre halına gətirib təqdim etmək və ya toyuq, ət yeməklərinin içinə qatmaq daha effektivdir.


Hər şeyin bir həddi vardır...


Uşaqlar axşam yeməyini bəyənmədiyi zaman bir çox valideynlər başqa bir şey hazırlamağa özünü məcbur hiss edir. Bu doğru bir davranış deyil. Burada bir məqama diqqət yetirmək lazımdır: ana övladın gözündə aşbaza çevrilməməlidir. Uşağınız hər yeməyi bəyənmədiyində ona fərqli bir yemək hazırlamağa cəhd etməyin. Bundan əlavə, əgər yedikləri yeməyin içində sevmədikləri bir şey varsa, "o yeməyi yemək olmaz" düşüncəsindən də uşaqları uzaqlaşdırmaq lazımdır.


Birlikdə yemək hazırlayın


Yeməyi birlikdə hazırlamaq yemək mövzusunda seçiçi davranan uşaqlar üçün faydalı olacaq. Məsələn, uşağınızı dükana apara bilər və tərəvəzləri ondan seçməsini istəyə bilərsiniz. Müxtəlif yeməkləri uşağınızla birlikdə dadın. Uşağınız öz dad duyğusundakı müəyyən yenilikləri kəşf edə bilər! Məsələn, turş alma yerinə, şirin alma sevdiyini. Birlikdə yemək bişirmək uşaqların yeni bir yeməyi sevmələri üçün ən effektiv üsullardan biridir. Uşağınızla birlikdə xüsusilə uşaqlar üçün nəzərdə tutulmuş reseptləri sınayın. Birlikdə yeməyi seçdikdən sonra, ondan müəyyən yardımlar alın, məsələn yeməyi onun qarışdırmasını istəyin. Mətbəxdə övladınıza nəzarət edərək ondan hər zaman yardım ala bilərsiniz. Uşaqlar valideynlərinə kömək etdikdə və bir işi bacardıqlarını hiss etdikdə çox xoşbəxt olurlar. Nəticədə birlikdə bişirdiyiniz yeməyi sizdən daha çox və həvəslə yemək istəyəcək.


"Övladım ət yemir, nə edə bilərəm?"


Ət uşaqların inkişafı üçün olduqca əhəmiyyətlidir. Bəzi uşaqlar əti sərt və ya qoxulu olduğu üçün sevmirlər və yeməkdən imtina edirlər. Əti sərtliyindən ötəri yeməkdə çətinlik çəkirsə, küftə halında təqdim edə bilərsiniz. Qoxusundan narahat olduğunu söyləyirsə, xoş qoxulu ədviyyatlarla bişirə bilər və ya quzu ətinə görə bir az daha yüngül iy verən dana ətini seçə bilərsiniz.


Heç bir şəkildə ət yemək istəməyən uşaqlara başda mərci olmaqla paxlalı bitkilərlə zəngin bir yemək verə bilərsiniz. Eyni zamanda hər səhər yumurta yemək, az ət yeyən uşaqların zülal ehtiyacını qarşılamaq üçün əhəmiyyətlidir. Makaron kimi sevdiyi bir yeməyin içinə az miqdarda ət qatıb yeməsini təmin edə bilərsiniz.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev