Malayziya havanın çirklənməsi ilə bağlı vəziyyətə görə məktəbləri bağlaya bilər
07.10.2023 11:28

Malayziya havanın keyfiyyətinin pisləşməsi səbəbindən məktəbləri bağlamağa hazırlaşır. Bu barədə ölkənin Təbii Sərvətlər, Ekologiya və İqlim Dəyişiklikləri Nazirliyi məlumat yayıb.

Aztibb.az xəbər verir ki, “Reuters”in məlumatına görə, ölkənin 11 regionunda qeyri-sağlam hava keyfiyyəti indeksi qeydə alınıb.

Nazirlikdən verilən açıqlamada bildirilir ki, məktəblər və uşaq bağçaları havanın çirklənmə səviyyəsi 100-ə çatdıqda bütün açıq hava fəaliyyətini dayandırmalı, 200-ə çatdıqda isə bağlanmalıdır. Onun sözlərinə görə, ölkədə havanın keyfiyyətini yaxşılaşdırmaq üçün süni şəkildə yağış yağdırmaq planlaşdırılır.

Artıq ölkənin 11 regionunda qeyri-sağlam havanın çirklənməsi indeksi qeydə alınıb. Bundan əvvəl “New Straits Times” qəzeti Malayziyanın 15 məntəqəsində havanın qeyri-sağlam çirklənməsinin qeydə alındığını bildirmişdi. Nəşr yazır ki, ən yüksək göstərici Çerasda (164), Nilayda 163-ə çatıb, Malayziyanın yeni inzibati mərkəzi Putracayada isə 157-yə yüksəlib.

Havanın 0-dan 50-yə qədər çirklənməsi göstəriciləri yaxşı, 51-dən 100-ə qədər orta, 101-dən 200-ə qədəri qeyri-sağlam, 201-dən 300-ə qədəri sağlam olmayan, 300-dən yuxarı olan hər hansı göstərici isə təhlükəli sayılır.

Ötən həftə Malayziya hakimiyyəti qonşu İndoneziyada baş verən yanğınlar səbəbindən havasının çirklənməsinə görə bu ölkəni günahlandırıb. Eyni zamanda Cakarta tüstünün onun sərhədlərindən keçməsini inkar edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev