Balıq tutmaq psixi sağlamlıq üçün olduqca faydalıdır
06.10.2023 14:40

Su məkanları (göllər, çaylar) insanın psixi sağlamlığına və rifahına müsbət təsir göstərir. Belə yerlərdə vaxt keçirməyin bir yolu balıq tutmaqdır. Hobbinin populyarlığına baxmayaraq, onun psixi sağlamlıqla əlaqəsi ilə bağlı elmi araşdırmalar məhduddur.

Aztibb.az “MDPI Epidemiologia” portalına istinadən yazır ki, Ulster Universitetində, Belfast Kraliça Universitetində və digərlərində (bütün Böyük Britaniya) həyata keçirilən araşdırma, istirahət məqsədi ilə balıq ovun yetkin kişi balıqçıların psixi sağlamlığına necə təsir etdiyini öyrənməyə çalışıb.

Tədqiqat çərçivəsində 1752 iştirakçı arasında sorğu keçirilib. Onlar öz xüsusiyyətləri, istirahət məqsədli balıqçılıqda iştirakları, fiziki aktivlik səviyyəsi və psixi sağlamlıqları ilə bağlı sualları cavablandırıblar.

Nəticələr daha tez-tez və daha uzun müddət balıq tutan iştirakçılarda az balıq tutanlarla müqayisədə depressiya, narahatlıq, şizofreniya, intihar düşüncəsi və aqressiv davranış kimi psixi sağlamlıq problemlərinin daha az olduğunu göstərib.

Bu nəticələr sübut edir ki, balıq tutmağa vaxt sərf etmək istirahəti təşviq edə və psixi sağlamlığı yaxşılaşdıra bilər. Psixi sağlamlıq problemi olan insanlarda fiziki aktivliyi də təşviq edə bilər. Bu tapıntılar sağlamlıq proqramları və siyasətlərinin hazırlanması üçün faydalıdır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev