Braziliya hörümçəyinin zəhəri cinsi aktivliyi artıran dərmanları əvəz edə bilər
06.10.2023 13:52

Braziliyanın Minas Gerais Federal Universitetində (UFMG) tədqiqatçılar cinsi disfunksiyaya qarşı Viaqra və digər dərmanların əvəzedicisini tapıblar. Qurumun saytında dərc olunan məqalədə bildirildiyi kimi, bu alternativ Phoneutria nigriventer hörümçəyinin zəhəridir.

Aztibb.az “EcoPravda” portalına istinadən xəbər veri ki, mütəxəssislərin bildirdiyinə görə, bu hörümçək Cənubi Amerikada çox təhlükəli qaçan hörümçək növüdür.

O, məməlilərdə uzunmüddətli ereksiyaya səbəb olan güclü toksinlər istehsal etməyə qadirdir. Bu vəziyyət həm də ürəkbulanma və mədə krampları ilə müşayiət olunur. Böyük dozada zəhər nekroz və bəzən penisin amputasiyasına səbəb olur.

Alimlər hörümçək zəhəri molekulunun sintetik versiyasını yaradıb və ona BZ371A adını veriblər. Hazırlanmış komponent siçanlar və siçovullar üzərində sınaqdan keçirilib. Məlum olub ki, belə qatqı ilə vurulan gel gəmiricilərin cinsi orqanlarına sürətli qan axınının baş verməsinə səbəb olub.

Tədqiqat nəticəsində BZ371A-nın azot oksidinin sərbəst buraxılmasına səbəb olduğunu və bu da öz növbəsində ereksiyanı stimullaşdırdığı müəyyən edilib.

Qeyd edək ki,Viagra kimi dərmanlar da eyni şəkildə hərəkət edir.

Bundan əlavə, hazırlanmış komponentlə müalicə diabet və yüksək qan təzyiqi olan siçovullara, eləcə də yaşlı heyvanlara zərər verməyib. Bu, dərmanın əks göstərişlərə görə Viaqra qəbul edə bilməyənlər üçün təhlükəsiz ola biləcəyini göstərir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev