"Nənələrin nəzəriyyəsi": Qulaqların arxası və barmaqların arası niyə yuyulmalıdır?
06.10.2023 09:28

Əbəs yerə deyil ki, uşaqlar boyunlarını, qulaqlarını və ayaqlarını yaxşıca yumağa məcbur edilir.

Aztibb.az “Involta media” onlayın nəşrinə istinadən xəbər verir ki, alimlər bu təlimatın əhəmiyyətini sınaqdan keçiriblər. Belə çıxır ki, onu mütləq qiymətləndirməmək olmaz.

Duş qəbul edərkən kürəyimizi, çiyinlərimizi, sinəmizi və ayaqlarımızı - bədənin ən böyük nahiyələrini yaxşıca yuyub ovuşdururuq. Dəri üçün xüsusi gel, tonik və krem seçərək üzümüzü ayrıca yuyuruq. Bütün bunlar doğrudur, amma çoxumuzun unutduğumuz bir şey var: qulaqların arxasını və ayaq barmaqlarının arasını yaxşıca yumaq.

ABŞ-ın Corc Vaşinqton Universitetinin alimləri “nənələrin nəzəriyyəsi”nin əhəmiyyətini yoxlamaq qərarına gəliblər – barmaqların və qulaqların yuyulmasının zəruriliyi fərziyyəsinə zarafatla belə ad verilib. Bunun üçün onlar 129 tələbəni toplayıb və təcrübə keçirməyi qərara alıblar.

Gənclərə dərinin nəm və ya yağlı olan müəyyən yerlərindən: qulaqların arxasında, ayaq barmaqlarının arasında və göbək nahiyəsindən tampon götürmələri tapşırılıb. Bundan sonra tələbələrə qolun və ayağın aşağı hissəsindən nəzarət tamponunun necə götürülməsi göstərilib.

Məlum olub ki, qolun və ayağın dərisindəki mikrobiom daha çox müxtəlifdir ki, bu da onun ən sağlam olduğunu göstərir. Qulaqların arxasına və ayaq barmaqlarının arasına çəkilən tamponlara gəldikdə isə vəziyyət fərqli idi. Bu mikroflorada patogen təhlükəli mikroorqanizmlər üstünlük təşkil edirdi.

Bu mikroorqanizmlər hansı patogenlərə səbəb ola bilərlər?

- Dermatit;

- Ekzema;

- Sızanaq;

- Quru dəri;

- Epidermis ilə bağlı digər problemlər.

Məlum olub ki, qulaqların arxasını və ayaq barmaqlarının arasını yumaq da bel, qarın və qolları yumaq qədər zəruridir. İnsanların bədən gigiyenası ilə bağlı vərdişləri dərinin mikroflorasında dəyişikliklərə səbəb ola və buna görə də onların sağlamlığına təsir edə bilər.

Niyə tez-tez yuyunmamalısınız?

COVID pandemiyası bizə əllərimizi tez-tez yumağı, dezinfeksiyaedici vasitələrdən istifadə etməyi və maskalar taxmağı öyrətdi. Amma hər hansı gigiyena tədbirləri ağlabatan olmalıdır.

 

Yeməkdən əvvəl, tualetdən istifadə etdikdən sonra və evə qayıtdıqdan sonra əllərinizi yumalısınız. Səhər və axşam üzünüzü yuyun, duş qəbul edin. Amma əllərinizi daim təmizləmək, antibakterial sabun və duş geli ilə yumaq dəri üçün zərərlidir.

Quruluq, qabıqlanma, dermatit və pisləşən allergiya və ekzema problemin bir hissəsidir. İmmunitet sistemini gücləndirmək üçün dəridəki bakteriyalarla təmasda olmaq lazımdır, əks halda siz gündə 24 saat steril mühitdə yaşamalı, çölə çıxmağı və insanlarla təmasda olmağı (onlar steril deyil!) unudaraq yaşamalı olacaqsınız.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Pediatr Afət Əsgərova: