Bisfenol A orqanizmdə xərçəngin inkişafına şərait yaradır
03.10.2023 09:26

Avropa Ətraf Mühit Agentliyi (EEA) bildirib ki, qida qablaşdırmasında istifadə edilən hormonu pozan kimyəvi maddə olan Bisfenol A (BPA) demək olar ki, bütün insanların orqanizmində mövcuddur və potensial sağlamlıq riski yaradır.

Aztibb.az medicalinsider.ru-ya istinadən xəbər verir ki, Bisfenol A fenol qrupuna aid olan üzvi birləşmədir. Dünyada ildə 2,7 milyard kiloqram istehsal edilən bu maddə bəzən antioksidant kimi də istifadə olunur.

Bisfenol A plastik kütləyə bərkidici kimi qatılır. Bu maddə suda zəif həll olunsa da, çənlərdə uzun müddət qaldıqda suya diffuziya edə bilir və insan orqanizmi üçün təhlükə yaradır.

ABŞ-ın Milli Toksikoloji Proqramının ekspertlərinin illər öncə keçirdikləri təcrübənin nəticələrinə əsasən, həmin maddə bir sıra xəstəliklərə, o cümlədən prostat və süd vəzi xərçənginin inkişafına yol açır.

Hazırda dünyanın bir çox ölkəsində plastik qabların və polietilen torbaların istifadəsinə məhdudiyyətlər qoyulub. Onlardan istifadənin azaldılması istiqamətində bir sıra tədbirlər görülür.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub