Defektoloq uşaqlarda dilaltı qədəhin nitqə təsirindən danışdı
07.10.2023 10:26

Dilin udma, çeynəmə, qidanı ağız boşluğunda çevirmək, danışmaq kimi bir çox funksiyası var. Dilin bu funksiyaların hamısını yerinə yetirə bilməsi üçün ağız boşluğunda sərbəst hərəkət etməsi lazmdı.

Aztibb.az xəbər verir ki, defektoloq-loqoped Məleykə Məmmədovanın sözlərinə görə, dilaltı qədəhi çox qısa olan körpələr dillərini ağız içərisində çox rahat çevirə bilmir, əmmədə çətinlik yaşayır. Dillərini rahatca çölə çıxara bilmirlər. Araşdırmalara görə, dilaltı qədəhin qısalığına qızlardan daha çox oğlanlarda rast gəlinir. Bu adətən irsi olaraq ötürülür, belə ki, dilaltı qədəh bətndaxili dövrdə müşahidə olunur.

Dilaltı qədəhi qısa olan uşaqlar bərk qidanı çətinliklə çeynəyirlər (alma, kök, ət). “Uşağın dilaltı qədəhi qısadı deyə danışmır” demək düzgün deyil. Belə ki, dilaltı qədəhin qısalığı nitqin ümumi inkişafına təsir etmir. Dilaltı qədəhin qısalığı yalnız nitqin tələffüz yönündə pozulmasına , dislaliyanın bəzi növlərinin yaranmasına səbəb olur.

Dilaltı qədəhi qısa olan uşaqlarda xüsusilə dilin yuxarı qalxma hərəkətini tələb edən “R” səsində problem olur. Ayrıca bu hal dilin ön hissəsinin istifadəsini tələb edən “L” , “T”, və “Ç” kimi səslərə də təsir edə bilər.

Dilaltı qədəhin uzunluğu normal olaraq:

Böyüklərdə: 2.5-3 sm;
18 aylıq: 16 mm;
1 yaşa qədər: 8 mm.

Dilaltı qədəh ağırlıq dərəcəsinə görə 3 yerə bölünür:

1. Yüngül : uzunluğu 15 mm-dən çox olur , səs qüsurları ilə şərtlənir. Loqoped tərəfindən korreksiya edilə bilər.
2. Orta : uzunluğu 15 mm-ə qədər olub, cərrahi müdaxilə və nitq terapiyası ilə korreksiya edilir.

3. Ağır : 5-10 mm olur. Və ancaq cərrahi üsulla aradan qaldırılır. Və ancaq bundan sonra loqopedin korreksiyası vacibdir.


Dilaltı pərdəsi qısa olan uşaqlarda şübhəsiz uşaq cərrahının fikri nəzərə alınmalıdı. Əməliyyatın lazm olub olmadığına yalnızca uşaq cərrahı qərar verə bilər. Əməliyyat cərrahi və lazer üsulu həyata keçirilir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev