İdeal ürək döyüntüsü neçə olmalıdır?
03.10.2023 15:25

Tədqiqatlar bizə açıq şəkildə deyir ki, ürək döyüntü sürəti yüksək olan insanlar gözlənildiyindən daha qısa ömür yaşayırlar.

Aztibb.az cnnturk.com-a istinadən xəbər verir ki, bu səbəblə istirahət halında ürək döyüntüsünün aşağı tutulması, daha doğrusu bu istiqamətdə səy göstərilməsi əhəmiyyətli bir sağlamlıq detalıdır.

Professor Osman Müftüoğlunun sözlərinə görə, əgər ürək döyüntüsünü artıran bir sağlamlıq problemi varsa, ilk iş onu aradan qaldırmaq olmalıdır.

Heç vaxt unutmaq olmaz ki, müntəzəm və effektiv məşq ürək döyüntüsünün azalmasında uğurlu və qalıcı nəticələr verir.

Normal ürək ritmi 60-100 arası dəyişir.

Səadət Məmmədova
Müəllifin digər yazıları