Səhər yeməyini yeməyən uşaqlar öyrənmədə çətinlik çəkə bilər
07.10.2023 09:05

Diyetoloq Merve Sena Nazlı qidalanmanın intellektin inkişafında çox əhəmiyyətli yeri olduğunu və uşaqlıqda formalaşan qidalanma vərdişlərinin yetkinliyin əsasını təşkil etdiyini, səhər yeməyi yeməyən uşaqlarda öyrənmə çətinliyi, diqqət dağınıqlığı, yorğunluq kimi əlamətlərin ola biləcəyini bildirib.

Aztibb.az cnnturk.com-a istinadən xəbər verir ki, mütəxəssis zəkanın inkişafında qidalanmanın çox əhəmiyyətli yer tutduğunu, beyin inkişafının ana bətnində başladığını və uşaqlıq dövründə də sürətlə davam etdiyini deyib.

Övladlarınızı sağlam qidalanma vərdişlərinə öyrədin

Bu səbəbdən diyetoloq uşaqlıqda qidalanmanın hamiləlik dövründə qidalanma qədər əhəmiyyətli olduğunu vurğulayaraq, qey edib ki, xüsusilə uşaqlıqda qidalanma sağlam olmalıdır.

Uşaqlıq dövründə formalaşan sağlam qidalanma vərdişləri nəinki yetkinlik üçün zəmin yaradır, həm də uşaqların məktəb müvəffəqiyyətinə və emosional-psixi-fiziki sağlamlığına təsir göstərir. Ona görə də övladlarınızın təkcə evdə deyil, günün çox hissəsini keçirdikləri məktəbdə də qidalanmasına imkan yaratmalıyıq. Həftədə iki dəfə omeqa 3 və balıq istehlakına diqqət yetirilməlidir.

Nahar çantasına diqqət

"Nahar qutusuna sağlam olmayan qidalar, şirniyyat məhsulları, qablaşdırılmış qidalar və s. qoymayın. İlk növbədə evdə səhər yeməyi yeməyiblərsə, məktəbə gedərkən səhər yeməyi ilə evdən çıxdıqlarına əmin olmalısınız. Səhər yeməyini yeməyən uşaqlarda öyrənmə çətinliyi, diqqət dağınıqlığı, yorğunluq kimi əlamətlər ortaya çıxır”.

Diyetoloq nümunə səhər yeməyi menyuları arasında yumurta, zeytun, qəhvəyi çörək, mövsümi tərəvəzlər, pendirli-tərəvəzli tost, toyuq ətli sendvic, 1 stəkan təzə sıxılmış portağal suyu, 1 stəkan süd, qoz, bal-bəhməzi məsləhət görüb.

Sümük inkişafının çox sıx olduğu bu dövrdə ayran, qatıq, pendir və südü laqeyd qoymayaraq onların kalsium qəbulunu artıra bilərsiniz. Meyvə şirələri və turşulu içkilər uşaqların diqqətini cəlb etdiyi üçün evdə təzə sıxılmış meyvə şirələrini özünüz hazırlaya bilərsiniz.

Təəssüf ki, piylənmə və insulin müqaviməti uşaqlıqda da tez-tez müşahidə olunur. Bu səbəbdən şokoladlı və şəkərli qidaların istehlakını azaltmaq üçün evdə az yağlı və şəkərlə hazırlaya biləcəyiniz meyvəli tort və peçenye kimi alternativləri daxil edə bilərsiniz. Həmçinin dərs dövründə su sərfiyyatı azala bilər, onlara su içməyi xatırlatmağa çalışaq.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev