Türk alim sürfədən kosmetik məhsullar alıb
03.10.2023 14:17

Türk alimi, professor Emel Erdal Çalıkoğlu, üzərində elmi araşdırmalar apardığı qara milçəkdən əldə etdiyi məhsul olan üz nəmləndirici və təmizləyicisi TEKNOFEST İzmirdə təqdim edilib.

Aztibb.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, alim stenddə elm həvəskarlarına uçucu yağdan istifadə edərək əldə etdiyi son məhsul olan üz nəmləndiricisi və təmizləyicisi haqqında məlumat verib.

Dermatologiya mütəxəssisi Emel Erdal Çalıkoğlu bildirib ki, qara milçəyin sürfəsindən kosmetika sənayesi üçün yağ çıxardıqdan sonra qalıqlarından it-pişik yemi və gübrə alıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları