Nigeriyada vəba epidemiyasından ölənlərin sayı 100-ə çatır
01.10.2023 17:32

Qərbi Afrika ölkələrindən olan Nigeriyada bu il vəba epidemiyasında ölənlərin sayı yüksəlib.


Aztibb.az haberturk.com-a istinadən xəbər verir ki,Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) tərəfindən edilən açıqlamada, son bir ayda ölkənin 23 əyalətində 201 vəba hadisəsinin qeydə alındığı bildirilib.


Açıqlamada, yanvar ayından bu yana ölkədə 2 min 860 vəba hadisəsinin görüldüyü və epidemiya səbəbindən həyatını itirənlərin sayının 100-ə yaxınlaşdığı bildirilib.


“Vibrio” bakteriyasının törətdiyi, qida və su ilə yoluxan vəba ishala səbəb olur və orqanizmdə susuzluq yaradır.


Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər. Nigeriyada təmiz suyun olmaması ilə yanaşı, effektiv tibbi müdaxilənin olmaması xəstəlik və ölüm riskini artırır. Ölkədə malyariya, poliomielit, tif və meymun virusu kimi epidemiya xəstəliklərə də tez-tez rast gəlinir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub