Evdən işləyənlər üçün bəzi tövsiyələr - Sağlamlıq xatirinə əməl edin!
02.10.2023 08:29

Uzaqdan işləmə modelinə keçənlərin evdən işləməyə asanlıqla öyrəşmələri üçün etməli olduqları ilk şey, özləri üçün iş sahəsi müəyyən etməkdir.


Aztibb.az "Medical News Today" portalına istinadən xəbər veri ki, evdə təyin etdiyiniz bu iş sahəsində rahat, səmərəli işləmək və ən əsası sağlamlığınız üçün bəzi məqamları unutmamalısınız.


Masanıza və stulunuza diqqət


Evinizdə yerdə, yataqda və ya kresloda deyil, məhz masada işləyin. Və uyğun stulda oturmağa diqqət edin. Əks halda, onurğa, qollar, dizlər və ayaqlarınızda ağrılar olacaq.


Bütün ehtiyaclarınızın masa üzərində olması məsləhətdir. Masanız elə ölçüdə olmalıdır ki, onun üzərinə telefon, qələmləriniz, bloknot, dosyalar, kalkulyator cihazı və s yerləşə bilsin. Belə olmadıqda siz hər dəfə bir lazımlı əşya üçün çevriləcəksiniz və ya əyilib yerdən götürməli olacaqsız. Bu zaman isə sizdə bel yırtığı, əzələ ağrıları yarana bilər.


Stulunuz ideal yüksəklikdə olmalıdır. Çox yaxşı olar ki, iş zamanı oturduğunuz stulun hündürlüyünü yüksəldib, alçada biləsiniz və onun qolları da olsun. Diqqət edin ki, alçaq stullar diz ağrılarına, ayağınızın yerə dəyməyəcəyi qədər hündür stullar isə onurğa ağrılarına gətirib çıxara bilər.


Kompüterlə təmasa və oturuşunuza diqqət


Kompüterin ekranı çox aşağıda olmasın. Kompüterin monitorunu gözünüzdən 50-75 sm. uzaqda tutun. Kompüterinizin ekranı gözlə təmasın bir balaca aşağısında olmalıdır. Düz üstü kompüterdə işləyirsinizsə adında olduğu kimi, bunu diz üstünə qoyub çalışmayın. Bu zaman əlavə dəstəklərdən - klaviatura, monitor, maus-dan istifadə edin. Əks halda, boyun yırtığı, əzələ ağrıları və skalyozlara səbəb ola bilər.


Dirsəklərinizi çox bükməyin. Diqqət edin ki, işlədiyiniz zaman dirsəkləriniz nə çox bükülü, nə də çox açıq olmasın. Çalışın yerə paralel vəziyyətdə olsun. Belə olmadıqda dirsək və bilək hissələrdə sinir sıxılması olur. Və bel, boyun hissədə ağrılar başlayır.


Danışan zaman bu xətaya əsla yol verməyin. Çoxumuz işlədiyimiz zaman telefon zəng gələndə onu qulağımızla çiynimiz arasında saxlayıb söhbətə davam edirik. Bu əsla olmaz. İşdən heç cür ayrıla bilmirsinizsə, telefonun səsini açın və ya qulaqcıqlardan istifadə edin. Əks halda boyun yırtığı və onurğa ətrafında əzələ ağrılarına səbəb olur.


Ən geci bir saatdan bir pauza edin. Masa arxasında işləyən zaman ən geci bir saatdan bir 10-15 dəqiqə pauza verməlisiniz. Bu zaman ayağa qalxın və hərəkət etməyə başlayın. Bu həm də bir çox yanlışları qismən düzəltmiş olacaq.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub