Uşaqlarda 7 gündən çox davam edən omba ağrısına diqqət yetirin
30.09.2023 15:15

Ortoped Özgür Karaman yeni doğulan körpələrdə və uşaqlarda doğuş zamanı və ya sonrasında görülə bilən ortopedik xəstəliklər haqqında məlumat verib.


Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, həkimin sözlərinə görə, yenidoğulmuşlarda və uşaqlarda doğuş zamanı və ya sonrasında bir çox ortopedik xəstəliklərə rast gəlinə bilər. Özgür Karaman bu xəstəliklərlə bağlı aşağıdakı məlumatları verib:


İnkişaf edən omba displaziyası


Bu doğuşdan dərhal sonra diaqnoz qoyula bilən xəstəlikdir. Qızlarda daha çox rast gəlinir. Körpə böyüdükcə, sümük toxumalarında patoloji səbəbdən oynaqda tam dislokasiyalar meydana gəlir. 0-6 aylıq uşaqlarda erkən dövrdə konservativ müalicə (Pavlik sarğı), gec dövrdə isə 6-18 aylıq uşaqlarda cərrahi üsullar tətbiq edilir.


Legg-Calve-Perthes xəstəliyi


Bu xəstəlik omba oynağının uyğunlaşmamasıdır. Ən çox 2-12 yaş arasında (4-9 yaş qrupunda, daha çox kişilərdə rast gəlinən) topallıqla müşahidə olunan xəstəlikdir. Omba nahiyəsində 7 gündən çox davam edən ağrı və qızdırmasız topallıq Perthes xəstəliyinə işarədir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub