TÜRKOVAC-ın istehsalçısı Eris üçün hazırdır
30.09.2023 12:52

Dünya COVID-19-un yeni variantı Eris ilə yenidən pandemiya günlərinə qayıtmaqdan qorxur. TÜRKOVAC ilə dünyada peyvənd istehsal edən 9 ölkədən biri olan Türkiyə yeni peyvəndin istehsalına başlaya bilər.


Aztibb.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkə Eris başda olmaqla yeni COVID-19 variantları üçün istehsala hazırdır.


Dünya sürətlə yayılan COVID-19-un yeni variantı olan Eris ilə yenidən pandemiya günlərinə qayıtmaqdan qorxur.


Eris variantından qorunmaq üçün mütəxəssislər şəxsi gigiyena, toxunulmazlığı gücləndirən qidalanma və məsafə ilə yanaşı müəyyən dozalarda peyvənd olunmağı tövsiyə edirlər.


Hazırda 50-dən çox ölkədə COVID-19 hadisələri epidemiya səviyyəsinə yüksəlib. Şimal yarımkürəsindəki halların beşdə birindən çoxu Eris variantıdır. Variantlara qarşı peyvəndlər hazırlanıb və bir çox inkişaf etmiş ölkələrdə, xüsusən də Amerikada icazələr alınıb.


TURKOVAC peyvəndinin kütləvi istehsalını müvəffəqiyyətlə öz üzərinə götürən Dollvet Biotechnology şirkətinin baş direktoru Hüseyn Zengin, "Dövlətimiz tapşırıq verərsə, indiki Eris variantı və gələcək bütün COVID variantları üçün çox sürətlə peyvənd istehsal edib millətimizin xidmətinə verməyə hazırıq" deyib.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası