Bu gün Ümumdünya Ürək Günüdür
29.09.2023 10:00

Dünyada ilk dəfə 1999-cu ildə Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə Ümumdünya Ürək Günü təşkil edilib.


Aztibb.az xəbər verir ki, 100-dən çox ölkədə qeyd edilən Ümumdünya Ürək Günü hər il ürəyin sağlamlığı ilə bağlı müəyyən mövzuya həsr edilir.


Hazırda ürək-damar xəstəlikləri dünyada ölümün və əlilliyin əsas səbəblərindən biri sayılır və hər il 18 milyon nəfər həyatını itirir. Ürək-damar xəstəliklərinə ürəyin və qan damarlarının xəstəlikləri, ürəyin işemik xəstəliyi; beyinin damarlarının xəstəliyi; arteriyalarını periferik xəstəliyi, revmokardit; anadangəlmə ürək qüsuru; vena damarların trombozu və s. xəstəliklər aid edilir.


Ürək-damar xəstəlikləri və insultun yaranmasının risk amilləri qan təzyiqinin yüksəlməsi, qanda xolesterin və qlükozanın miqdarının artması, siqaret çəkmək, artıq çəki, piylənmə və fiziki hərəkətsizlik, meyvə və tərəvəzlərlə qidalanmanın azlığıdır.


Yeri gəlmişkən, ürək-damar xəstəliklərinin inkişafına gətirib çıxaran qeyri-sağlam həyat tərzi ən çox uşaqlıq və yeniyetməlik dövründə inkişaf edir və yaşlandıqca həmin xəstəliklərə tutulmaq riski getdikcə artır. Ona görə də xəstəliyin profilaktikaya uşaq yaşlarından başlamaq lazımdır.


Ümumdünya Ürək Federasiyasının məlumatına görə, sağlam həyat tərzi keçirmək, tütün istifadəsini məhdudlaşdırmaq, qidalanmanı nəzarətdə saxlamaq və fiziki fəallığı artırmaq hesabına infarkt və insult nəticəsində baş verən erkən ölüm hallarının qarşısını 80 faiz almaq olar.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev