Yanıqları və diabetik yaraları sağaldan bitki mənşəli krem hazırlanıb
30.09.2023 09:14

Ərzurumda Atatürk Universiteti alimləri yataq xəstələrində şəkər, yanıq, yataq yaraları üçün bitki mənşəli dərman hazırlayıblar. Könüllü xəstələr üzərində sınaqlarından uğurlu nəticə alan kremi satışa çıxarmağı planlaşdıran alimlər bununla bağlı müvafiq dövlət qurumlarından dəstək gözləyirlər.


Aztibb.az “Haberturk” saytına istinadən xəbər verir ki, professor Murat Çelik və köməkçisi Ufuk Atmaca yara sağaldan krem hazırlamaq üçün təxminən 14 il əvvəl işləməyə başlayıblar.


Hər iki alim ədəbiyyatda bilinən bir molekulun bioaktiv olduğunu və bu birləşmənin kimyəvi üsullarla sintezinin baha başa gəldiyi bilirdi. Bu məqsədlə onlar professor Özlem Barışdan dəstək istəyirlər.


Özlem Barış müxtəlif göbələklər üzərində təcrübələr aparırdı. Alim göbələkdən istifadə edərək hazırlanacaq dərman üçün istənilən birləşməni sintez edir.


Hər üç alimin MC9 adını verdikləri göbələkdən istifadə edərək molekulu istifadəyə yararlı hala gətirmək üzərində çalışmaları 3 il çəkir. Araşdırmaların sonunda hazırlanan dərman Atatürk Universitetinin laboratoriyasında siçanlar üzərində sınaqdan keçirilir. Kremin yanıq və zədə testlərində faydalı olduğu müəyyən edilir.


Siçanlarda kremin müalicəvi gücü aşkar edildikdən sonra könüllü xəstələr üzərində araşdırma aparılır.


Şəkər xəstələrinə şəfa


Toxuma və dərinin bərpasında müvəffəqiyyətli olan krem, Diyarbəkir Dəclə Universiteti Araşdırma Xəstəxanasında şəkərli diabet xəstələrinə tətbiq edilir. Eyni zamanda Atatürk Universitetinin Araşdırma Xəstəxanası Plastik və Rekonstruktiv Cərrahiyyə Kilinkasının könüllü xəstələri üzərində də sınaqlar başlayır.


Hətta şəkərli diabet xəstələrindən biri diabet yaralarının təxminən 1 ay ərzində sağalması ilə amputasiyadan xilas olur, Qanında şəkəri 400 olan digər xəstənin yarası da qısa müddətdə sağalır. Krem həmçinin yataq xəstəsi olan yaşlı xəstənin bədənindəki yaraları tezliklə sağaldır.


Dabaq xəstəsi olan heyvanlara müsbət təsirləri oldu


Alimlərin insanlar üzərində sınaqdan keçirdikləri və uğur qazandıqları kremin müalicəvi təsiri heyvanlar üzərində də yoxlanılır.


Dabaq xəstəliyindən əziyyət çəkən 19 baş iribuynuzlu mal-qaraya vurulan vazelinlə qarışdırılmış həmin krem qısa müddətdə müsbət təsir edir.


14 il davam etdi


Ümumilikdə tədqiqatlar təxminən 14 il davam edib.


"Professor Özlem Barışın apardığı araşdırmalar nəticəsində bir növ göbələkdən istifadə edə biləcəyimizi müəyyən etdik. Hətta göbələyin adını MC9 qoyduq. Kremin göbələklə hazırlana bilməsi işimizi bir az da asanlaşdırdı. Əldə etdiyimiz kremin effektivliyinin qat-qat yaxşı olduğunu gördük... Biz müəyyən etdik ki, krem lazımi müalicəni təmin edir. Dərmanın təsirli olması üçün onun suda həllolma qabiliyyəti yüksək olmalıdır”, - deyə professor Murat Çelik bildirib.


Krem yataq yaralarında və diabetik yaralarda istifadə edilən bir dərmandır. 100 faiz təbii bitki tərkibli steril məhsuldur. Heç bir toksik təsiri olmayan bir dərmandır. Xəstələrin qan analizində onun heç bir toksik təsirinin olmadığı da müşahidə edilib.


Dərmanı daha da inkişaf etdirmək üçün daha 1-1,5 il işlər davam edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev