Tarixdə ilk - Həkimlər insanda göbələyə yoluxma halını qeydə alıblar
29.09.2023 07:43

Hindistanda xəstə boğazında problem yarandığı üçün həkimlərə müraciət edib. Onda son üç ayda boğuq səs, öskürək, faringit (boğazın iltihabı), udma çətinliyi, yorğunluq və arıqlama kimi simptomlar olub.


Aztibb.az “Science Direct”ə istinadən xəbər verir ki, ənənəvi tibbi testlər xəstəliyin səbəbini müəyyən edə bilməyib. Genetik analiz nəticəsində infeksiyaya “Chondrostereum purpureum” adlı göbələyin səbəb olduğu müəyyən edilib.


Bu, insanların bitki göbələyi ilə yoluxması ilə bağlı qeydə alınan ilk hadisədir.


Kişinin xroniki xəstəlikləri olmayıb və immun sistemini zəiflədən dərmanlar qəbul etməyib. Göbələklər və bitkilərlə bağlı elmi tədqiqatlarla məşğul olan fitomikologiya sahəsində mütəxəssislərin bildirdiyinə görə, yoluxma çox güman ki, onun bu cür infeksiyaya qarşı daha həssas olmasından irəli gəlib. Müalicə irin drenajını və iki aylıq dərman kursunu əhatə edib.


Həmin göbələk ağaclarda və digər bitkilərdə xəstəlik törətmək qabiliyyəti ilə tanınan bir göbələkdir. Dünyanın müxtəlif yerlərində yayılmışdır və həm yabanı, həm də mədəni bitkilərdə tapıla bilər. Bu göbələyin infeksiyasına nəzarət etmək üçün tez-tez kimyəvi üsullardan istifadə olunur.


Bu hal onu göstərir ki, ətraf mühitdə böyüyən bitki göbələkləri insanlarda xəstəlik törədə bilir. Nəzəri olaraq, insanın bədən temperaturunda böyüyə bilən göbələklər insanlar üçün patogen ola bilər. Onlar bədənə zədələnmiş dəri, yaxud tənəffüs yolları vasitəsilə daxil ola bilər və xüsusilə immuniteti zəif olan insanlarda infeksiyaya səbəb olur.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev