"NewsMedical": Alimlər yuxusuzluq və ürək xəstəlikləri arasında əlaqə aşkar ediblər
27.09.2023 16:05

Pakistanın Dou Sağlamlıq Elmləri Universitetinin alimləri müəyyən ediblər ki, yuxusuzluqdan əziyyət çəkən xəstələrdə ürək-damar xəstəliklərinə tutulma riski var.


Aztibb.az “NewsMedical”a istinadən xəbər verir ki, yuxu pozğunluğu olan insanların infarkt səbəbiylə ölmə ehtimalı da yüksək ola bilər.


Yuxusuzluq gün ərzində tez-tez disfunksiya ilə müşayiət olunan zəif yuxu ilə xarakterizə olunan bir xəstəlik hesab olunur. Bu, dünyada ən çox görülən ikinci psixi pozğunluqdur. Yuxusuzluğun xoşagəlməz nəticələri arasında diabet, hipertoniya və metabolik pozğunluqlar var.


Alimlər yuxusuzluğun ürək və qan damarlarının sağlamlığına təsirindən bəhs edən bir sıra elmi məqalələrin nəticələrinin araşdırıblar. Bu tibbi nəşrlərə yer alan məqalələrdə 388 906 yuxusuzluq və 2 194 211 sağlam insanın məlumatları tədqiqata cəlb olunub.


Tədqiqatçılar yuxusuzluq əlamətləri olan insanların sağlam insanlarla müqayisədə infarkt (48%) və ürək-damar xəstəlikləri (14%) riskinin daha yüksək olduğunu təxmin ediblər.


Bundan əlavə, müəyyən olunub ki, yuxu pozğunluğu olan insanlar tez-tez ürək və damar xəstəliklərindən əziyyət çəkir və bu səbəblərdən vaxtından əvvəl ölürlər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev