Peyvəndlər xəstəliklərin qarşısını necə alır?
29.09.2023 09:31

Azərbaycanda infodemiyaya qarşı mübarizəni dəstəkləmək məqsədilə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının birgə təlimində bir sıra xəstəliklərin qarşısının alınmasında peyvəndin əhəmiyyəti mövzularında səhiyyə mütəxəssisləri təqdimatlar ediblər.


Aztibb.az xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, peyvəndlər sayəsində biz təhlükəli və potensial ölümcül xəstəliklərdən qorunuruq.


Peyvəndlər immunitet sisteminə xəstəliyə səbəb olmadan peyvənd edilmiş mikroblara qarşı qoruyucu reaksiya yaratmağa imkan verir.


Hər hansı bir mikrob orqanizmə daxil olduqda, immun sistemi həmin mikrobla mübarizə aparır və ona qarşı immunitet yaranır. Buna "immun cavab" deyilir.


Peyvəndlərə qarşı immun reaksiya iki hissədən ibarətdir


- Peyvəndlər mikrobun immun sisteminin tanıyacağı və reaksiya verəcəyi "antigen" adlanan hissələrini ehtiva edir. Peyvənddən sonra bədənimizdə bu antigenlərə qarşı antikor istehsal olunur. Peyvəndlər antikor istehsal etmək üçün immunitet sistemini stimullaşdırır.


Hər bir antikor müəyyən bir xəstəliyi hədəfləyir. Məsələn, suçiçəyi antikorları suçiçəyi virusunu hədəf alır. Su çiçəyi virusu orqanizmə daxil olarsa, peyvənd sayəsində suçiçəyi xəstəliyinə qarşı əvvəllər əmələ gələn antikorlar virusu xəstəlik törətməzdən əvvəl zərərsizləşdirir.


- Peyvəndlər sayəsində immunitet sistemi də həmin mikroba qarşı yaddaş inkişaf etdirir.


Peyvənddən sonra yaranan anticisimlər zamanla azalsa belə, immun sistemi mikrobun orqanizmə yenidən daxil olduğu zaman, peyvənd olunmayanlara nisbətən daha sürətli və bol antikor istehsal etdiyini xatırlayacaqdır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev