"İnfodemiyanın idarə olunması" mövzusunda təlim keçirilib
27.09.2023 09:50

26-27 sentyabr tarixlərində ölkəmizdə infodemiyaya qarşı mübarizəni dəstəkləmək məqsədilə Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə təşkilatçılığı ilə təlim təşkil olunub.


Aztibb.az xəbər verir ki, “İnfodemiyanın idarə olunması” mövzusunda təlimdə mediya və digər təşkilatlardan nümayəndələr iştirak ediblər.


Bildirilib ki, COVID-19 pandemiyası zamanında indiyə qədər görünməmiş həcmdə qərəzli informasiyalar, konspirasiya nəzəriyyələri, yanlış məlumatlar və dezinformasiyalar meydana çıxıb.


Nəticədə bu istər ictimai səhiyyə, istərsə də sosial tədbirlərin həyata keçirilməsinə öz mənfi təsirini göstərib.


Sözügedən təlim infodemiyanın idarəolunması sisteminin qurulması və saxlanılması üçün ölkə səviyyəsində bu sahə üzrə ehtiyacları qarşılamaq məqsədi daşıyıb.


Bilik və bacarıqların artırılması təlimində ÜST-nin mütəxəssisləri infodemiya anlayışı və onun yaratdığı sağlamlıq risklərinə dair mövzularda təqdimatla çıxış ediblər.


Təlimdə xüsusi vasitə və yanaşmalardan faydalanmaqla infodemiyaya qarşı mübarizə üçün lazımi tövsiyələr verilib.

 

İki günlük təlim Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Vaksinasiyaya Dəstək” layihəsi və ÜST-nin Səhiyyədə Fövqəladə Hallar Proqramı çərçivəsində baş tutub.


İnfodemiya anlayışı necə prioritet oldu?


İnfodemiya COVID-19 pandemiyasının başlaması ilə əhəmiyyət kəsb edən bir anlayışdır.


Yaşadığımız informasiya əsrində COVID-19 pandemiyasının idarə olunması bütün dövlətlərin diqqət mərkəzindədir.


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu prosesdə tərtib etdiyi yol xəritəsi əsasən, infodemik idarə, koordinasiya və idarəetmə, sübutların müəyyən edilməsi və elm biliklərin əlçatan olması kimi amillərə əsaslanır.


ÜST rəhbərliyi 2020-ci ildəki açıqlamasında “biz təkcə pandemiya ilə deyil, həm də infodemiya ilə mübarizə aparırıq” bəyanatını vermişdi.


COVID-19 pandemiyası başlayan zamandan etibarən infodemiya qlobal səviyyədə yenidən gündəmə gələn bir anlayışa çevrildi.


COVID-19 haqqında informasiyanın həddindən artıq yüklənməsi ilə istər-istəməz yaranan qeyri-real, qeyri-dəqiq və etibarsız məlumat "yanlış məlumat epidemiyası”nı gətirdi.


Hər bir məlumat alan üçün belə bir vəziyyətlə qarşlaşma panika və qorxuya səbəb ola, həmçinin xəstəliklə mübarizəni çətinləşdirə bilər.


Ümumiyyətlə yoluxucu xəstəliklər epidemiya halını aldıqda cəmiyyətdə sürətlə qeyri-müəyyənlik və panikaya səbəb olur.


Epidemiyaları əhatə edən ssenarilərdə dezinformasiyanı mümkün qədər tez aradan qaldırmaq ehtiyacı yaranır ki, əks halda bu qeyri-müəyyənlik daha dağıdıcı ola bilər.


İnfodemiyanı xüsusi müalicəsi, peyvəndi olmayan və asanlıqla yayılan yoluxucu bir xəstəliklə müqayisə etmək olar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev