Qadınların menstruasiya zamanı zərərli yeməklərə can atması elmi şəkildə təsdiqlənib
26.09.2023 13:05

Aparılan araşdırma zamanı qadınlara verilən “niyə menstruasiya dövründə şokolad və çips kimi qidalar yeyirsiniz?” sualına cavab doğru səbəb kimi təsdiqlədi.

Aztibb.az “Nature Metabolism” jurnalında dərc edilən araşdırmaya diqqət çəkib.

Almaniyanın Tuebingen Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, qadınların beynində ayın müəyyən vaxtında zəzərli yemək həvəsinə təsir edə biləcək bir dəyişiklik olur.

Tədqiqatçılar aşkar ediblər ki, qadının menstruasiyadan əvvəl, yumurtlamadan sonra beynin hipotalamus bölgəsi insulin hormonuna daha az reaksiya verir.

Bir çox insan mədəaltı vəzinin istehsal etdiyi insulinin şəkərli diabetlə əlaqəli olduğunu bilir, çünki qan şəkərini tənzimləyir. Lakin məlum olur ki, insulin beynə çatdıqdan sonra qadınlar zərərli qəlyanaltılara daha çox meyil edə bilərlər.

Qadın iştirakçıların beyinləri skan edildi

Buna görə də, qadınlarda menstruasiya əvvəli dövrdə insulinin beyində çox yaxşı işləməməsi ilə bağlı yeni tapıntı qadınların bu dövrdə iştahının artması və zərərli şeylər yemək istəyini izah etməyə kömək edə bilər.

MRT aparatında 15 qadın iştirakçının beyninin skan edilməsi nəticəsində əldə edilən nəticələr adı çəkilən jurnalında dərc olunub.

Bu araşdırma, insulinin menstrual dövrünün müəyyən bir nöqtəsində qadınlara daha az təsir göstərdiyinə dair ilk sübutdur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev