Oftalmoloq ambliopiyanin proqnozu və profilaktikasından danışdı
26.09.2023 09:42

Аmbliopiya adlanan göz tənbəlliyi, optik korreksiyaya tabe olmayan və görmə analizatorunun üzvi patologiyası ilə əlaqəli olmayan görmənin birtərəfli və ya ikitərəfli davamlı zəifləməsidir.

Aztibb.az xəbər verir ki, oftalmoloq Emin Əlihüseynlinin sözlərinə görə, ambliopiya zamanı proqnoz xəstəliyin səbəbindən və meydan çıxma vaxtından asılıdır:

“Patologiya nə qədər tez korreksiya olunarsa, nəticə də bir o qədər uğurlu olar. Daha yaxşı effekt 7 yaşına qədər müalicə aparılarsa, əldə olunur. Belə ki, bu yaşa qədər gözlərin formalaşma prosesi davam edir. Vaxtında və tam müalicə olunmuş ambliopiyada əksər hallarda görmənin tam normallaşmasına, demək olar ki, nail olunur”.

Həkim qeyd edib ki, ambliopiyalı böyüklərdə görmə itiliyinin davamlı geridönməz azalması inkişaf edir.

Ambliopiyanın profilaktikasına uşağın bir ayından etibarən müntəzəm dispanser müayinəsi yolu ilə nail olunur. Gözün optik mühitinin bulanıqlaşması, ptoz, nistaqm, çəpgözlük aşkar olunarsa, defektlərin erkən aradan qaldırılması mütləqdir.

“Ambliopiyanın müalicəsində davamlı effekt tam müalicə kursunun keçirilməsi, həkimin təlimatlarına (eynəklərin, göz plastrlarının istifadəsi, müntəzəm müayinə) dəqiq əməl olunması zamanı əldə olunur”, - deyə həkim vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev