"Vampir kimi yaşadım" - Qadın nadir bir xəstəlik səbəbindən altı il günəşdən gizləndi
24.09.2023 14:10

31 yaşında ikən onda qəfildən günəşə qarşı allergiya yarandı və bütün adət etdiyi həyat tərzini pozdu.


İndi Texasdan olan 37 yaşlı Mallari isti yay günlərində qorxmadan gəzə bilir. Əvvəllər hava buludsuz və günəşli olacağını vəd etsəydi, evdən çıxarmazdı. Günəş şüası qadının dərisinə dəyən kimi nəhəng qırmızı ləkələrlə örtüldü.

 

Aztibb.az konkret müalicəsi olmayan nadir allergik xəstəlik haqqında bir xəstənin taricxçəsini paylaşır.


31 yaşında olanda Mallariyə qurdeşənəyi — dərinin allergik mənşəli xroniki xəstəliyi diaqnozu qoyuldu. Bu, genetik səviyyədə yaranan olduqca nadir allergik xəstəlik idi. Əlamətləri şiddətli qızartı, qaşınma və yanma ilə görülürdü. Küçədə hər hansı bir gəzinti, mağazaya və ya işə getmək işgəncəyə çevrildi. Mallari günəş ona “toxunmasın” deyə sözün əsl mənasında maşından ofisə qədər qaçırdı.


Mallari tanışları arasında günəş vampiri ləqəbini alır. Sanki onun həyat tərzi qraf Drakulanın varlığını xatırladırdı. Və ən xoşagəlməz şey tənhalıq idi. Mallari həqiqətən də ailə qurmaq istəyirdi, amma dörd divar arasında oturub bunu etmək mümkün deyildi. Qadın tənhalığın əzabına belə dözə bilməyib və həkimlərin qadağalarına zidd olaraq gəzintiyə çıxırdı.


“Burada, Hyustonda bizdə tez-tez qış olmur. Günəş demək olar ki, həmişə parlayır. İş o yerə çatdı ki, allergiyam yağışlı buludlu günlərdə belə məni əzablandırmağa başladı. Barmaqlarımın və ayaq barmaqlarımın ucundan hər tərəfim ləkələrlə örtülmüşdü. Yanma o qədər güclü idi ki, ağrıdan ağladım”, Mallari gileyləndi.


Həkimlər uzun müddət xəstəliyin səbəbini araşdırdılar, lakin təəssüf ki, tapa bilmirdilər. Onların sözlərinə görə, bu nadir xəstəlik adətən 30 yaş ətrafında qadınlarda baş verir. Bu vəziyyətdə bir allergiya birdən görünə və birdən-birə yox ola bilərdi.


Mallarının müalicəsi üzərində həm dermatoloq, həm də allerqoloq işləyirdi. Təəssüf ki, xəstəlik artıq xroniki hala gəlmişdi. Qadın həmişə dərman qəbul etməyə və çox miqdarda günəş kremi sürməyə məcburd idi. Müalicə dayandırılmışdı.


Hər şeydən əlin üzüldüyü anda qəflətən simptomlar yox oldu.


“İndi uzun müddət açıq havada ola bilərəm – hətta çimərliyə də gedirəm! Mən nisbətən normal həyat sürürəm və artıq çölə çıxmaqdan qorxmuram”, - Mallari paylaşır.


Qırmızı Qurd Eşənəyi (Lupus xəstəliyi) üçün qəti bir müalicə yoxdur. Müalicə xəstəliyin inkişafını dayandırmaq, həyati ağırlaşmaların qarşısını almaq və simptomları aradan qaldırmaq üçün tətbiq olunur. Müalicə xəstəliyin şiddətinə uyğun olaraq hər bir xəstə üçün xüsusi olaraq planlaşdırılır. Ona görə də erkən diaqnoz böyük əhəmiyyət kəsb edir. Çünki irəliləmiş xəstəliyi geri qaytarmaq mümkün deyil.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev