Yarasaların immun sistemi xərçəng hüceyrələrini boğur
24.09.2023 08:47

Nyu-Yorkun Simons Kəmiyyət Biologiya Mərkəzinin tədqiqatçıları yarasaların xərçəngə qarşı immuniteti qorumaq qabiliyyətinə malik olduğunu aşkar ediblər.


Aztibb.az bu barədə “Genome Biology and Evolution” elmi jurnalına istinadən xəbər verir.


Yarasalar həm uçmaq qabiliyyətinə, həm də uzunömürlülüyünə, xərçəng xəstəliyinə az rast gəlinməsinə və güclü immun sisteminə görə məməlilər arasında unikal növdür. Demək olar ki, bütün viral xəstəliklər yarasalardan yan keçir.


Bioloqlar Yamayka yarasasının və bığlı yarasanın genomlarını digər heyvanların və onların qohumlarının genləri ilə müqayisə ediblər.


Məlum olub ki, yarasalar DNT təmiri ilə əlaqəli altı zülalın genetik uyğunlaşmasına malikdir. Eyni nümunə xərçənglə əlaqəli və şiş inkişafının qarşısını alan 46 zülalda müşahidə olunub.


Öyrənilib ki, yarasalarda xərçəng əleyhinə zülallar digər məməlilərə nisbətən iki dəfə çoxdur. Tapıntılar insanlarda daha effektiv xərçəng müalicəsinin əsasını qoyacaq.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev