"Nutrients": D vitamini ürək xəstəliyi riskini azaltmağa kömək etmir!
23.09.2023 08:27

İsveçrə Qidalanma və Sağlamlıq Fondunun alimləri müəyyən ediblər ki, D vitamini ilə ürək-damar xəstəlikləri riskinin azalması arasındas heç bir inandırıcı dəlil yoxdur.


Aztibb.az xəbər verir ki, müvafiq hesabat "Nutrients" jurnalında dərc olunub.


Fərziyyəni təsdiqləmək üçün 35-75 yaş arası 5684 sağlam insanı əhatə edən bir araşdırma aparılıb. İştirakçılar anketləri doldurmalı, müxtəlif ölçmələr üçün qan nümunələri verməli və həkimlər tərəfindən müayinə olunmalı idilər. İlk məlumatlar 2003-cü ildə toplanıb, sonuncu mərhələ isə 2021-ci ildə başa çatıb.


İştirakçıların üçdə biri kifayət qədər D vitamini almayıb, yarıdan çoxunda isə yüngül çatışmazlıq müşahidə edilib. Nəticədə yüksək səviyyədə D vitamini ürək-damar xəstəliklərinin inkişaf riskini azaltmayıb və ya xəstənin sağ qalma müddətini artırmayıb. Alimlər D vitamini ilə ürək-damar problemləri arasında əlaqə haqqında ziddiyyətli məlumatlar əldə ediblər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev