Bu peşə qrupunda demans riski yüksəkdir – TƏDQİQAT
22.09.2023 13:16

Müəyyən iş sahələri işçiləri daha çox demans riski altında qoyur. Araşdırmaya görə, gərgin fiziki işlərdə çalışan insanların demansdan əziyyət çəkmə ehtimalı daha yüksəkdir.

Aztibb.az “The Lancet” jurnalında dərc olunan araşdırmaya diqqət çəkib.

Tədqiqatda “qalxma, qaldırma, tarazlıq, yerimə, əyilmə və materialların daşınması kimi qol və ayaqlarınızın əhəmiyyətli dərəcədə istifadəsini və bütün bədəninizin hərəkətini tələb edən işlər” gərgin işlər olaraq təyin olunub.

Müvafiq olaraq, Norveç Milli Qocalma və Sağlamlıq Mərkəzi və Butler Kolumbiya Yaşlanma Mərkəzi tərəfindən aparılan araşdırmada çətin peşələr arasında satıcılar, tibb bacısı köməkçiləri, fermerlər və heyvandarlıqla məşğul olan insanlar olub.

Yeddi min iştirakçının məlumatları təhlil edildi

Tədqiqatında 33-65 yaş arası 7005 iştirakçının məlumatlarını xüsusi olaraq təhlil edilib.

İştirakçılardan 902 nəfərə yaşlıya demensiya diaqnozu qoyulub, 2407 nəfər isə yüngül koqnitiv pozğunluqdan əziyyət çəkən olub.

Müəyyən edilib ki, fiziki cəhətdən ağır işlərdə çalışan insanlarda demansın inkişaf ehtimalı təxminən 15,5% yüksəkdir, fiziki gücün azaldıldığı peşələrdə isə bu nisbət yalnız 9% təşkil edir.

Bu kimi işlər tez-tez fasilənin olmaması, uzun müddət ayaq üstə qalma, ağır iş, sərt iş saatları, stress, daha yüksək tükənmə riski və iş günlərinin çoxluğu ilə bilinir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev