Suyun təmizlənməsi üçün nələri bilməliyik? Mütəxəssis izah etdi
22.09.2023 10:18

Plastiklərin parçalanması 1000 il çəkir

Plastik butulkalardakı suyun filtrdəki sudan nə ilə fərqləndiyi məlum olub.

Aztibb.az glas.ru-ya istinadən yazır ki, mütəxəssis suyun təmizlənməsi üçün xüsusi filtrin seçilməsinin mahiyyətini izah edib, həmçinin süzülmüş su ilə plastik butulkalardakı su arasındakı fərqdən danışıb.

Mütəxəssis Alevtina Veselaya izah edib ki, bir plastikin təbiətdə çürüməsi təxminən min il çəkir.

Əksər insanlar arasında kran suyunu təmizləməyin ən məşhur üsullarından biri qaynatmaqdır. Lakin mütəxəssis bunun təsirsiz bir üsul olduğunu iddia edir.

“Plastik butulkalardan su xüsusi üsullarla təmizlənir, bir çox təmizlənmə mərhələlərindən keçir və su süni şəkildə minerallaşır. Ümumi minerallaşma suda həll olunan maddələrin miqdarıdır. Ümumi qeyri-üzvi duzlar suyun ümumi minerallaşmasına ən çox təsir göstərir”, - mütəxəssis qeyd edib.

Ev filtrasiyasının köməyi ilə suyu keyfiyyətli şəkildə təmizləmək, həmçinin xlor qoxusundan və dadından tamamilə xilas olmaq mümkündür. Ancaq ev filtrləri mütəmadi olaraq dəyişdirilməlidir və onların seçiminə məsuliyyətlə yanaşmaq lazımdır. Filtr seçməzdən əvvəl, sink kimi sağlamlığınızı yaxşılaşdıra biləcək bəzi mikroelementlərə diqqət yetirməlisiniz.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub