Yapon alimləri pendir yeməyin yeni faydasını kəşf ediblər
23.09.2023 12:56

Yaponiyada aparılan yeni bir araşdırmada alimlər pendirin yeni bir faydasını kəşf etdiklərini açıqlayıblar. Təxminən 2 min insanın iştirak etdiyi araşdırmada, müntəzəm pendir istehlakının beyinə müsbət təsir etdiyi sübut edilib.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, yaşı 65-dən yuxarı olan 1500-dən çox insanın iştirak etdiyi araşdırma, müntəzəm olaraq pendir yeyənlərin koqnitiv testlərdə daha yaxşı nəticə əldə etdiyini ortaya çıxarıb. Nəticələr göstərib ki, süd məhsulları istehlak edənlərdə demans riski daha azdır.

Elm adamları, pendirin beyin funksiyalarını gücləndirən bəzi qida maddələri ola biləcəyini, lakin nəticələri təsdiqləmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu bildirib.

İdeal çəki saxlamaq və spirt istehlakında limitləri aşmamaq kimi faktorlar demans riskini azaldan faktorlar arasındadır, lakin yapon mütəxəssislər müntəzəm pendir istehlakının da demans riskini azalda biləcəyini açıqlayıblar.

“Nutrients” jurnalında dərc edilən nəticələr, pəhrizlərinə pendir əlavə edən iştirakçılarda koqnitiv funksiyaların zamanla daha yaxşı olduğunu müəyyən edilib. Bundan əlavə, pendir yeyənlərin bədən kütlə indeksi və qan təzyiqi bir qədər aşağı, yerimə sürəti isə daha yüksək olub.

Osteoporoz kalsium çatışmazlığından yaranır. Xüsusilə azalmış estrogenli menopozlu qadınlar üçün kalsium və protein mənbəyi lazımdır. Pendir osteoporozun qarşısını alan ən məşhur qida mənbəyidir.

Pendir miqren ağrısını aradan qaldırmağa da kömək edir. Kalsium qəbulu miqrenin yaratdığı problemləri azaldır. Kalsium pendirdə boldur.

Pendir tərkibindəki B vitaminləri sayəsində hüceyrə mübadiləsinə və hüceyrələrin yenilənməsinə kömək edir. Tərkibindəki A, C və E vitaminləri sayəsində dəridəki ləkələrin qarşısını alır, həmçinin selülitin qarşısını alır.

Az yağlı pendir yaxşı bir zülal qaynağı olduğundan, səhər yeməyi və naharda yumurta, təzə çiyələk və meyvələrlə birlikdə istehlak edildikdə saçlarınız üçün çox faydalıdır.

Balanslaşdırılmış şəkildə istehlak edildikdə, pendir bədən çəkisini, əzələ çəkisini və sümük sıxlığını dəstəkləyir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev