Konqresdə mumiyaların yadplanetli olduğu bildirilib
19.09.2023 10:13

Perunun mədəniyyət naziri Lesli Urteaqa Perunun Naska səhrasından tapılan mumiyaların yadplanetli mənşəli olduğunu təkzib edib. Onun sözlərinə görə, mumiyalar sümük qalıqlarından hazırlanıb. Bundan əlavə, departament aşkar edilmiş qalıqların ölkədən çıxarılması ilə bağlı cinayət işi açıb.

Aztibb.az xəbər verir ki, bununla bağlı “RİA Novosti” yazıb.

Nazir 2015-ci ildə Perunun cənub sahillərində tapıldığı iddia edilən mumiyaların mənşəyinin təhlilinin nəticələrini nəzərdən keçirib və sonra onların yadplanetlilərin qalıqları olmadığını bəyan edib.

Xatırladaq ki, ötən həftə jurnalist və ufoloq Xayme Maussan Meksika Konqresində Peruda tapılmış iki humanoidin ehtimal olunan mumiyalarını təqdim edib. Onun sözlərinə görə, təxminən min il yaşı olan 60 santimetrlik cəsədlər yadplanetlilərə aiddir.

Bu mumiyaların yadplanetli xüsusiyyətlərindən və Meksika Konqresində təqdim olunan DNT analizindən danışan mədəniyyət naziri Peru elmi təşkilatlarının belə açıqlamalar vermədiyini vurğulayıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev