Nevral terapiya - Çox zaman terapevtik effekti güclü olduğundan “ildırımsürətli reaksiya” adlanır
18.09.2023 09:40

Nevral terapiya yerli anestetiklərin sinir nahiyəsinə və yaxud müəyyən strukturlara toxunularaq simpatik sinir sisteminə təsir etmək yolu ilə patoloji reaksiyaların blokadası üçün tətbiq edilən xüsusi texnikadır. Nevral terapiyanın effektivliyi çoxsaylı klinik araşdırmalarla sübut edilmiş, təsir mexanizmi isə müasir elm ilə izah edilmişdir. Nevral terapiyanın əsası Almaniyada qoyulmuşdur.


Aztibb.az Biloloji Təbabət Klinikasının məlumatı əsasında nevral terapiyanın məqsəd və üsulları haqqında yazır.


Nevral terapiya yeni bir inyeksiya texnikası deyil. Nevral terapiya avtonom sinir sisteminə təsir edən ənənəvi üsullar içərisində özünəməxsus yer tutur. Bu metodun təsir mexanizmini rus akademiki İvan Pavlovun işlərində görmək olur. Nevral terapiyanın elmi əsası sadə neyrofizioloji əlaqələrə köklənir. Travma və xəstəliklər vegetativ sinir sisteminin davamlı dəyişikliyinə səbəb olur. Bu sistem bir çox mübadilə, immunoloji, həzm, hormonal və s. funksiyaları tənzimləyir.


Müalicə olunmamış emosional zədə yaxud konflikt “limbik sistem - hipotalamus “ oxu vasitəsilə vegetativ sinir sisteminə təsir edir. Prokainin patoloji impulsun başlanğıc götürdüyü yerə dəqiq inyeksiyası pozulmuş balansın bərpasına və tez sağalmağa gətirir. Bu, inyeksiya nahiyəsi sinir düyünü, çapıq yaxud vena nahiyəsi ola bilər.


Nevral terapiya elmi əsaslandırılmış müalicə sistemidir. Nevral terapiya digər yanaşmaların uğursuz nəticələndiyi yerdə kömək edən əsas müalicə metodudur. Çox zaman terapevtik effekt elə güclü və gözlənilməz olur ki, onu “ildırımsürətli reaksiya” yaxud “Xuneke fenomeni“ adlandırırlar.


Bu terapiya təhlükəsiz, az invaziv metoddur. Müxtəlif xəstəliklərdə, müxtəlif distiplinlərdə istifadə olunur:

- otorinolarinqologiyada,
- oftalmologiyada,
- ginekologiya,
- pediatriya,
- psixiatriya,
- daxili orqan xəstəlikləri,
- terapiyada ağrı sindromu müalicəsində tətbiq edilir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev