İqlim dəyişikliyi səbəbindən dünyada çaylarda suyun keyfiyyəti pisləşir
17.09.2023 11:02

İqlim dəyişikliyi, bəzi yerlərdə quraqlıqların, bəzi yerlərdə isə güclü yağışların artması su ehtiyatlarının idarə edilməsində əhəmiyyətli problemlər yaradır. Yalnız suyun mövcudluğu deyil, həm də keyfiyyəti təzyiq altındadır.


Aztibb.az “Nature Reviews Earth & Environment” jurnalına istinadən xəbər verir ki, boşluğu doldurmaq üçün beynəlxalq alimlər qrupu dünyanın çaylarında suyun keyfiyyəti ilə bağlı geniş araşdırmalar aparıb.


Araşdırmada göstərilir ki, ekstremal hava hadisələri zamanı çay suyunun keyfiyyəti pisləşir. İqlim dəyişikliyi səbəbindən bu hadisələr daha tez-tez və şiddətləndikcə, ekosistemlərin sağlamlığı və insanların təhlükəsiz suya çıxışı getdikcə daha çox təhlükə altına düşə bilər.


Utrext Universitetindən alim Mişel van Vlietin rəhbərlik etdiyi araşdırma, quraqlıq, istilik dalğaları, yağış və daşqınlar kimi ekstremal hava şəraiti zamanı çay suyunun keyfiyyətinin dəyişməsi, eləcə də uzunmüddətli iqlim dəyişikliyi ilə bağlı 965 hadisəni təhlil edib


“Biz suyun temperaturu, həll olunmuş oksigen, duzluluq və qida maddələrinin, metalların, mikroorqanizmlərin və plastiklərin konsentrasiyası kimi suyun keyfiyyətinin müxtəlif komponentlərinə baxdıq. Təhlil göstərir ki, əksər hallarda suyun keyfiyyəti quraqlıq və isti dalğalar (68%), leysan və daşqınlar (51%) və uzunmüddətli iqlim dəyişikliyi (56%) zamanı pisləşməyə meyllidir. Quraqlıqlar zamanı çirkləndiriciləri sulandırmaq üçün daha az su mövcuddur, güclü yağışlar və daşqınlar adətən qurudan çaylara və dərələrə daha çox çirkləndiricinin axmasına səbəb olur. Bəzi hallarda, çirkləndirici daşqınlar zamanı daha geniş su hövzələrinə yayılır”, – deyə alim bildirib.


Suyun keyfiyyətindəki dəyişikliklər əsasən çay axınının və suyun temperaturunun dəyişməsi ilə əlaqədardır. Torpaqdan istifadə və tullantı sularının təmizlənməsi kimi digər insan amilləri də bunun necə baş verəcəyinə təsir göstərir.
Tədqiqat həmçinin inkişaf etməmiş ölkələrdə suyun keyfiyyəti ilə bağlı daha çox məlumatın toplanmasını və öyrənilməsini tələb edir.


Suyun keyfiyyəti ilə bağlı tədqiqatların əksəriyyəti indi Şimali Amerika və Avropadakı çay və axınlara yönəlib. Tədqiqatın nəticələri ekstremal hava hadisələri zamanı suyun keyfiyyətindəki dəyişiklikləri və bu dəyişikliklərin qaynaqlandığı səbəbləri ortayaq qoyub.


“Yalnız bundan sonra biz təmiz suya çıxışımızı qoruya və iqlim dəyişikliyi və artan ekstremal hava şəraitində sağlam ekosistemləri təmin edə biləcək effektiv su idarəetmə strategiyaları hazırlaya biləcəyik", – deyə tədqiqat qrupunun rəhbəri vurğulayıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev