İnteqrativ təbabətdə ən geniş yayılmış müalicə metodu – Biotənzimləyici terapiya
16.09.2023 11:43

Biotənzimləyici terapiya bioloji təbabətin müalicə üsullarından biridir. Bu terapiya homotoksikologiya elminə əsaslanan və müvafiq olaraq homotoksinlər tərəfindən törədilmiş patologiyanın aradan qaldırılmasına yönələn müali-cədir. İnsan orqanizminə göstərdiyi təsirə görə bu müalicə biotənzimləyici terapiya adını alıb.

 

Aztibb.az-a Biloloji Təbabət Klinikasının məlumatı əsasında biotənzimləyici terapiyanın məqsəd və üsulları haqqında yazır.


Xəstəliyin profilaktikası orqanizmin intoksikasiyasının qarşısının alınması, orqanizmin özünütənzimləmə qabiliyyətinin dəstəklənməsi, eləcə də sağlamlıq və əhval-ruhiyyənin yaxşılaşmasında əssaslı rol oynayır.


Xəstəli̇kləri̇n müali̇cəsi zamanı bu metodlar tətbiq edilir:

- Dezintoksikasiya
- Drenaj orqanlarının aktivləşdirilməsi
- İmmunomodulyasiya
- Hüceyrə və humoral immunitetin tənzimlənməsi
- Regenerasiya
- Zədələnmiş hüceyrə və orqanın bərpası və funksiyasının aktivləşdirilməsi


Biotənzimləyici terapiya xüsusi preparatlarla həyata keçirilir ki, bu preparatlar xroniki xəstəliklərin yaran¬masında əsas patogenetik zəncir olan - hüceyrəxarici matriks səviyyəsində təsir edirlər. Hüceyrəxarici matriksin homotoksinlərdən təmizlənməsi preparatların drenaj təsiri hesabına baş verir. Sonradan immunomodulyasiyaedici və bərpaedici təsirə malik olan preparatlarla bütöv orqanizm səviyyəsində özünütənzimləmə prosesləri (psixo-neyro-endokrin – immun sistemin vasitəsilə) bərpa olunur. Beləliklə, istifadə olunan preparatlar müalicənin bütün mərhələlərinə tənzimləyici təsir göstərir.


İstifadə olunan preparatların çoxkomponentliyi və çoxməqsədliliyi sayəsində bu və ya digər xəstəliyin müalicəsinə patogenetik cəhətdən yanaşılır. Başqa sözlə desək, istifadə olunan biotənzimləyici preparatlarla müalicə orqanizmin əsas tənzimləyici sistemlərini əhatə edən patogenetik müalicədir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev