Plazmaferez – Bu metod bəzi xəstəliklərdə yeganə çıxış yoludur
16.09.2023 09:53

Plazmaferez xüsusi apparat vasitəsilə qanın filtrasiyası üsulu ilə orqnizmin hüceyrə səviyyəsində təmizlənmə metodudur.


Aztibb.az news-medical.net-ə istinadən xəbər verir ki, mütəxəssilərin bildirdiyinə görə, bu üsul bir çox xəstəliklərin müalicəsində tətbiq olunmaqla yanaşı, hətta bəzi xəstəliklərdə yeganə çıxış yolu hesab edilir.


Plazmaferez “plasma” və “aferez” sözlərindən yaranmış və “ plazmanın kənar edilməsi “ mənasını daşıyır.


Plazma nədir?


Plazma qanın hüceyrəsiz maye hissəsidir. Burada həm faydalı bioloji aktivatorlar, həm də böyrəklərin çıxarmalı olduğu şlakların toplanması baş verir. Plazmada toplanmış məhsullara əsasən daxili orqanların xəstəliklərinə diaqnoz qoyulur. Plazmaferez zamanı qan porsiyası hemokonteynerə toplanır, plazma və formalı elementləri ayrılır, plazma kənar edilərək qan hüceyrələri yenidən orqanizmə qaytarılır.


Plazmaferez aşağıdakı xəstəliklərin müalicəsində tətbiq edilir:


- Ürək –qan damar xəstəlikləri
- Qaraciyər və böyrək xəstəlikləri (iltihabi proses və orqan çatışmazlığı olduqda)
- Ginekoloji xəstəliklər (süni mayalanmadan əvvəl, patoloji klimaksın və cinsi infeksiyaların müalicəsi)
- MBT xəsətliklərində
- Ağciyər və bronx xəstəliklərində, bronxial astma
- Sinir sistemi xəstəliklərində
- Göz patologiyalarında
- Hamiləlik zamanı toksikozlarında
- Alkohol və narkotik asılılığı
- Sənaye və məişət zəhərləri ilə zəhərlənmələrdə

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev