Davamlı tibbi qayğı xidmətinin dəstəklənməsi - Tibbdə beynəlxalq standartın əhəmiyyəti 
17.09.2023 10:11

Tibbdə beynəlxalq standartın məqsədi davamlı tibbi qayğıya nail olmaq üçün ümumi anlayışları müəyyən etməkdən ibarətdir. Davamlı tibbi qayğı səhiyyədə keyfiyyət və təhlükəsizliyin mühüm aspektidir və semantik qarşılıqlı əlaqə davamlı tibbi qayğı üçün əsas şərtdir. Bunlar üçün tələb olunan anlayışlar səhiyyə xidmətlərinin məzmununu və kontekstini əks etdirməlidir.


Aztibb.az səhiyyə xidmətlərinin təmin edilməsində beynəxlxalq standartların əhəmiyyətindən bəhs edən yazını təqdim edir.


Davamlı tibbi qayğı anlayışlarının tamamlanması üçün idarəetmə, resursların idarə olunması və inzibati idarəetmə üçün müvafiq əsasların olması da lazımdır. Bu Beynəlxalq Standartda müəyyən edilmiş davamlı tibbi qayğı üzrə anlayışlar sistemi kliniki proses diqqət mərkəzində tutulmaqla, kliniki perspektivə əsaslanır. Klinik proseslər bir növ tibbi qayğının subyekti ilə səhiyyə mütəxəssisləri arasındakı qarşılıqlı əlaqəni əks etdirirlər. Kliniki proses tibbi qayğı subyekti perspektivindən davamlılığı təmin edir. Həmçinin, bu anlayışlar sistemində səhiyyə xidmətlərinin bütün növləri, xüsusən də, pasiyentə yönəlmiş davamlı tibbi qayğı ilə əlaqədar anlayışlar və onları təsvir edən terminlər müəyyən edilir.


Tibbi beynəlxalq standartın ümumi məqsədi səhiyyə xidmətlərinin məzmunu və konteksti üçün hərtərəfli konseptual əsas yaratmaqdan ibarətdir. Bu standart səhiyyə təşkilatlarının bütün səviyyələrində qarşılıqlı əlaqə üçün, eləcə də, səhiyyədə informasiya sistemlərinin inkişaf etdirilməsi üçün əsas rol oynayır.


Səhiyyədə əsas məsələ tibbi qayğının subyektləri ilə səhiyyə işçiləri arasındakı qarşılıqlı münasibətdən ibarətdir. Bu qarşılıqlı münasibət səhiyyədə və kliniki proseslərdə meydana gəlir və bu beynəlxalq standartın proses yanaşmasını əsaslandırır. Həm kliniki məzmunu, həm də kliniki konteksti əks etdirə bilmək üçün, bu Beynəlxalq Standart kliniki perspektivə əsaslanır və burada davamlı tibbi qayğıya nail olmaq məqsədilə kliniki proses əsas diqqət mərkəzində saxlanılır.


Beynəlxalq Standartın nəzərdə tutulan istifadəçiləri Səhiyyədə qarşılıqlı münasibətlərdə maraqlı olan bütün tərəflər səhiyyə informasiya standartının nəzərdə tutulan istifadəçiləridir. Buraya səhiyyə işçiləri və heyətləri, tibbi qayğının subyektləri, səhiyyə üzrə rəhbər şəxslər, səhiyyə üzrə maliyyə təşkilatları, eləcə də, səhiyyə xidmətlərinin bütün təminatçıları və icma qayğı komandaları daxildir. Bu anlayışlar sistemi bütün səhiyyə məlumatlarına, həmçinin səhiyyə informasiya sistemlərinin işlənib hazırlanmasına və istifadəsinə şamil olunur. Sistem təşkilati qərarların əsası kimi biznes analizi üçün, eləcə də, informasiya sistemlərinin istifadəsi ilə əlaqəli olmayan proseslərdə istifadə oluna bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev