Milyonlarla insanın həyatı bahasına başa gəlir - Sepsisin bu xəbərdarlıq əlamətlərinə diqqət! Birinci yazı
14.09.2023 12:25

Sepsis haqqında məlumatlandırma və ona qulluq sahəsində böyük irəliləyiş olsa da, sepsis həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə ümumi və az tanınan xəstəliklərdən biri olaraq qalır.

Aztibb.az professor Tuğhan Utkunun Türkiyə mediyasında geniş işıqlandırılan, sepsisin sağlamlıq sisteminə mənfi təsirlərindən bəhs edən məqaləsini təqdim edir.

Yazıda professor Tuğhan Utku Dünya Sepsis Günü həftəsində dünyada hər il təxminən 11 milyon insanın sepsis səbəbiylə öldüyünə və xəstəlikdə saniyələrin həyatını xilas etdiyinə diqqət çəkib.

Təsirləri baxımından ciddi sosial problem sayılan sepsis səbəbiylə bütün dünyada hər 2,8 saniyədə bir adamın öldüyü bildirilir. Professor dünyada hər il təxminən 50 milyon sepsis hadisəsi olduğunu və bu hadisələrdən təxminən 11 milyon insanın öldüyünü deyib. Bu təsirlərin həm insanın sosial həyatına, həm də səhiyyə sisteminə mənfi təsir etdiyini izah edib:

“Kəskin sağlamlıq problemi olaraq xüsusilə reanimasiya şöbələrində təzyiq yaratsa da, ciddi şəkildə bahalı bir idarəetmə prosesi olduğu üçün sağlamlıq iqtisadiyyatı üzərindəki yükü artır, iş gücü itkisi yaratdığı üçün sosial həyata mənfi təsir göstərir. Müalicə prosesindən sonra belə, xəstə şəxslərin istehsal prosesində iştirakına təsir göstərir.”

Sepsis əlamətlərinin müxtəlif vaxtlarda və müxtəlif vəziyyətlərdə meydana çıxa biləcəyini bildirən professor bunun tez-tez tənəffüs, mədə-bağırsaq (mədə, bağırsaq və sidik yolları infeksiyaları) və ya açıq yaralar kimi ümumi və qarşısı alına bilən infeksiyalara bədənin həddindən artıq reaksiyası olaraq baş verdiyini deyib.

Alim sepsisin təcili müalicə edilməsi lazım olduğunu xatırladıb: “Müalicədə hər saniyə çox əhəmiyyətlidir. Sepsisin əsas əlamətləri arasında hər hansı biri - qızdırma və ya aşağı temperatur, həddindən artıq üşütmə və əzələ ağrısı, nitqin pozulması və çaşqınlıq, şiddətli nəfəs darlığı, 1 gün ərzində sidiyə çıxa bilməmə, dəridə ləkələrlə qarşılaşırsınızsa dərhal həkimə müraciət etməlisiniz.

Dünyada sepsis mövzusunda maarifləndirmək üçün aparılan işlərin erkən və sürətli diaqnoza diqqət çəkdiyini söyləyən həkim erkən diaqnozun əhəmiyyətini qeyd edib.

Müalicə olunmayan və müalicəsi mümkün olmayan infeksiyaların sepsisə səbəb olduğunu xatırladan Tuğhan Utku, "Superbuglar kimi də tanınan, dərmana davamlı mikroblar hazırda milyonlarla insanı həyatı üçün təhlükə yaradan, müalicəsi mümkün olmayan infeksiyaya yoluxma riski ilə üz-üzə qoyur", - deyib.

Antimikroblara qarşı müqavimət sepsisin müalicəsini çətinləşdirir. İnfeksiyanı müalicə etmək üçün istifadə edilən antimikrob dərmanlara daha çox mikrob müqavimət göstərdikcə, daha çox insan sepsis inkişaf riski altındadır.

 

Ardı var...

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev