"Gecə adamı"nın diabet inkişaf riski yüksəkdir - TƏDQİQAT
16.09.2023 17:59

"Gecə adamı" olmağın, "gündüz adamı" olan biri ilə müqayisədə şəkərli diabetə tutulma riskinin 19 faiz yüksəkdir.

Aztibb.az xəbər verir ki, “MedikForum” portalının məlumata görə, yuxudan gec oyanan qadınların qeyri-sağlam həyat tərzi keçirmə ehtimalı daha yüksəkdir və bu da onları 2-ci tip şəkərli diabetin inkişaf riski ilə üz-üzə qoyur.

Tədqiqatçılar təxminən 64 000 qadının məlumatlarını təhlil ediblər. Məlumatlara yuxu vərdişləri, pəhriz, çəki, bədən kütləsi indeksi, yuxu vaxtı, siqaret çəkmə, spirt istehlakı, fiziki fəaliyyət və ailədə şəkərli diabet tarixi daxildir.

Qrup qadınların şəkərli diabeti olub-olmadığını öyrənmək üçün tibbi qeydləri də nəzərdən keçirib. Tədqiqatda iştirak edənlərin 11 faizi müəyyən axşam xronotipinə, təxminən 35 faizi isə müəyyən səhər xronotipinə malik olduğunu bildirib.

Ən sağlam həyat tərzinə sahib olanlar arasında yalnız altı faizində axşam xronotipi var idi, qeyri-sağlam həyat tərzi keçirən gecə adamlarının isə 25 faizi.

Tədqiqatçıların fikrincə, axşam xronotipi ilə diabet riski arasındakı əlaqə gecə növbəsində işləyənlərdən fərqli olaraq gündüz növbələrində işləyən insanlarda daha güclü olub.

Tədqiqatçılar indi xronotipin genetik səbəblərini və onun ürək xəstəlikləri ilə əlaqəsini öyrənməyi planlaşdırırlar.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev