Uzun müddətli gündəlik aspirin istifadəsi yaşlı insanlarda anemiya riskini 20% artırır
12.09.2023 15:09

Aparılan tədqiqatının son təhlili uzunmüddətli gündəlik aspirin istifadəsinin anemiya riskini 20% artırdığını göstərib. Söhbət əsasən 70 yaşdan yuxarı insanlardan gedir.

Aztibb.az xəbər verir ki, bu barədə “SciTechDaily” portalı məlumat yayıb.

Tədqiqatçılar aşağı dozada aspirin qəbul edən yaşlı insanlarda müntəzəm olaraq anemiyaya nəzarət etməyi tövsiyə ediblər. Bundan əlavə, belə xəstələrə hər hansı bir sağlamlıq problemi və ya dərmanla bağlı həkimə müraciət etmək tövsiyə olunub.

Monaş Universiteti tərəfindən aparılan və “Annals of Internal Medicine” jurnalında dərc edilən araşdırmada Avstraliya və ABŞ-da ilkin olaraq sağlam olan 18 153 yaşlı insan iştirak edib.

Tədqiqatçılar müəyyən ediblər ki, aspirin qəbul edən qrupda anemiya riski plasebo ilə müqayisədə 20% daha yüksəkdir. Orta hesabla 4,7 il ərzində anemiya halları qeydə alınıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub