Kişilər reproduktiv potensialı olan qadınları qoxularına görə fərqləndirirlər
10.09.2023 20:32

Sürix Universitetinin alimləri bir qrup kişidən reproduktiv yaşda olan 28 qadının bədən qoxularını qiymətləndirməyi xahiş ediblər. Ən yüksək estrogen səviyyəsinə malik qadınların buraxdığı qoxu bütün kişilər tərəfindən ən xoşagələn qoxu olaraq qiymətləndirilib.


Aztibb.az cnnturk.com-a istinadən xəbər verir ki, qadın xəstəlikləri mütəxəssisi Betül Görgen Sürix Universitetində aparılan maraqlı araşdırmanın təfərrüatları ilə bağlı bu məlumatları verib: “Nəticələr göstərdi ki, bütün kişilərin ən cazibədar gördükləri qadınlar ən çox estradiol (hormon) olan qadınlardır.


Estrogen xüsusilə yetkinlik dövründən sonra çox vacib bir hormondur. "Bu, həm menstrual dövrünün, həm də yumurtanın yetişməsinin, həmçinin yumurtlama funksiyasının əsas hormonudur.


Bu hormon qadının uşaq dünyaya gətirmə imkanının göstəricisidir" və iştirakçı kişilər bu qoxuya qarşı həssas olublar. Estrogen səviyyəsi yüksək olan qadınların qoxuları kişilər üçün daha cəlbedicidir. Kişilər qoxu vasitəsilə qadınların reproduktiv potensialını anlaya bilirlər.


Tədqiqatın bütün nəticələri Milanda keçirilən 50-ci Psixonyroendokrinologiya konfransında təqdim olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub