Əsl xərçəng düşməni! Ürək-damar xəstəliklərinin və diabetin qarşısını alır, həzmi tənzimləyərək çəki azaldır
17.09.2023 09:52

Son zamanların ən böyük sağlamlıq problemlərindən biri olan həzm sistemi pozğunluqlarının təsirli həlli yüksək lifli qidalardan istifadə etməkdir. Bədənə kifayət qədər miqdarda lif qəbulu həzmin daha asan baş verməsinə və nəcisin asanlıqla xaric olmasına kömək edir.


Aztibb.az trthaber.com-a istinadən xəbər verir ki, ən çox lif ehtiva edən qidalardan biri də bamyə toxumudur. Bu qidanın tərkibində çox qiymətli lif var. Az qala möcüzə olan bamyə toxumu lifli quruluşu sayəsində həzm sistemini tənzimləməklə yanaşı, xolesterini aşağı salaraq, qan şəkərini tənzimləyərək ürək-damar xəstəliklərinin, 2-ci tip diabetin və insulin müqavimətinin qarşısını alır.


Bamyə toxumunun faydaları


Bamyə toxumları bamyə bitkisinin dənələri açıldıqda içindən çıxan kiçik toxumlardır. İsti iqlimlərdə bitən bu birillik bitki quraqlığa dözə bilir, lakin şaxtadan mənfi təsirlənir.


Herbalistlərdə və bitki mənşəli məhsulların satıldığı yerlərdə bu toxumların ayrılmış və qurudulmuş forması olaraq asanlıqla tapıla bilən bamyə toxumları təzə və qurudulmuş olaraq istehlak edilə bilər.


Toxumlar düzgün şəraitdə quruduqda bütün il boyu istifadə edilə bilər. Bu mərhələdə düzgün saxlama şəraitinə diqqət yetirmək lazımdır.


Asiyada tez-tez dərman məqsədləri üçün istifadə edilən bamya toxumu maqnezium, dəmir, A və C vitaminləri başda olmaqla bir çox cəhətdən faydalıdır və dörd fəsildə mövcudluğu ilə seçilir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev