Ana 13 yaşlı övladına böyrəyini bağışladı
09.09.2023 11:31

13 yaşlı Vilayət anadangəlmə vezikoüreteral reflü (sidik axarı reflyuksu), yəni sidik kisəsindəki sidiyin geriyə, böyrəyə tərəf qayıtması xəstəliyindən əziyyət çəkirdi. Nəticədə xəstədə sidik axarı reflyuksu sidik kisəsindəki bakteriyaların böyrəyə, yəni yuxarı çıxmasına səbəb olurdu.

 

Aztibb.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi, cərrah transplantoloq, t.ü.f.d. Mircəlal Kazımi özünün feysbuk səhifəsində paylaşım edib.

 

Həkim bildirib ki, bu halda böyrəkdə yapışan bakteriyalar çoxalaraq böyrəyin infeksiyasına səbəb ola bilər: "Tibbdə buna pielonefrit deyilir. İnfeksiyalar tədricən böyrəklərdə qalıcı zədəyə, yaralara səbəb olur. Bu da gələcəkdə böyrək çatışmazlığına qədər gətirib çıxarır".


Onun sözlərinə görə, xəstənin dəfələrcə antibiotik müalicəsi, hətta xəstəliyi önləmək üçün botoks müalicəsi almasına baxmayaraq, xəstəlik irəliləyib və xroniki böyrək yetməzliyinə səbəb olub. Vəziyyəti dəyərləndirən həkimlər ananı donor kimi hazırlayaraq, Vilayət üçün müvafiq müalicə tədbirləri görüblər. Eyni seansda iki tərəfli böyrəklər xaric olunub, ananın hədiyyə etdiyi böyrək oğluna transplantasiya edilib.

 

Cərrah transplantoloq Mircəlal Kazımi əməyi olan hər kəsə, xüsusən də hazırlıq müddətində infeksiya ilə mübarizədə uroloji müdaxilələr edərək yardımçı olan uşaq cərrahı, uzman uroloq Vüsal Cəfərova təşəkkür edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub