Uroloq Peyroni xəstəliyi və müalicəsindən danışdı
07.09.2023 10:58

Peyroni xəstəliyi dedikdə cinsi orqanın əyilməsi ilə xarakterizə olunan xəstəlik başa düşülür. Əyilmənin dərəcəsindən asılı olaraq ağrılı ereksiya da xarakter əlamətlərdəndir. Məhz bu ağrı normal cinsi əlaqəni mümkünsüz edir.

Aztibb.az xəbər verir ki, uroloq-androloq Ziyad Əliyevin bildirdiyinə görə, xəstəliyin adı bu xəstəliklə ilk dəfə qarşılaşan və onun müalicəsi ilə ciddi məşğul olan fransız cərrah Fransua Peyroni ilə bağlıdır. Peyroni xəstəliyi cinsi orqanın xəstəliyidir və ona görə də yalnız kişilərdə rast gəlinir.

Həkim qeyd edib ki, xəstəliyin üç əsas əlaməti vardır. Cinsi orqanda ağrı, əyilmə və cinsi zəiflik. Adətən əvvəlcə ağrı yaranır və ereksiya epizodlarında daha nəzərəçarpan olur. Daha sonra cinsi orqanda əyilmə yaranır. Əyilmə başlanğıc mərhələdə cinsi əlaqəyə ciddi məhtudiyyət yaradmır. Əyilmə artdıqca ereksiya daha ağrılı olur. Hətta o yerə gətirir ki, insan cinsi əlaqədə olmaqdan imtina edir.

Təcrübəli həkim uroloq yaxud androloq üçün Peyronini aşkarlamaq bir o qədər də çətin deyildir. Əgər cinsi orqanda deformasiya ciddidirsə cərrahi müdaxiləyə önəm verilir. Peyroni xəstəliynin müalicəsində müxtəlf əməliyyat modifikasiyaları mövcuddur.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev