"Mərkəzi Gömrük Hospitalında mənə göstərilən peşəkar xidmətdən hədsiz razı qaldım" - Pasiyent rəyi
07.09.2023 07:15

Mərkəzi Gömrük Hospitalında müayinələrdən keçən Dövlət Gömrük Komitəsi Azərterminalkompleks Birliyinin Kadrlar şöbəsinin rəis müavini Rövşən İbrahimov Hospitala təşəkkür məktubu ünvanlayıb.

 

Aztibb.az Hospitala istinadla həmin məktubu təqdim edir:

 

"Son zamanlar qrip simptomlu xəstəliklərin çoxalması məndən də yan keçmədi. Özümdə qrip xəstəliyinin əlamətlərini hiss edən kimi müayinə üçün Mərkəzi Gömrük Hospitalına gəldim. Qeydiyyat şöbəsindən başlayaraq tibbi xidmət keçdiyim bütün heyətdə yüksək peşəkarlıq və operativlik gördüm.

 

Məni terapevt Xumar Novruzova müayinə etdi, lazım olan bütün tibbi prosedurlardan keçmək üçün göndəriş verdi. Mən çox qısa müddətdə laborator testləri, qan analizini verdim.

 

Göstərdikləri peşəkar xidmətdən hədsiz dərəcədə razı qaldım. Hər yerdə yüksək keyfiyyətli xidmət göstərildi.

 

Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayevə, terapevt Xumar Novruzovaya, Laboratoriya şöbəsinin tibb bacısı Xırdaxanım Abbasovaya təşəkkür edirəm".

 

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev