Hansı hallarda korluğa aparan xəstəliklərlə rastlaşa bilərik?
07.09.2023 12:16

Oftalmoloq, lazer cərrahı Svetlana Mirqorodskaya bildirib ki, əksər hallarda qlaukoma irsi xəstəlikdir.

Aztibb.az gazeta.ru-ya istinadən xəbər verir ki, həkim valideynləri və ya babaları qlaukomadan əziyyət çəkənlərdə bu xəstəliyə daha çox rast gəlindiyini deyib.

Oftalmoloq bunu patogenezdə əsas rollardan birinin gözün anatomiyasının, yəni ön kameranın bucağının quruluşunun oynaması ilə izah edib.

“Bu kimi xəstəliyə səbəb amillər 40 yaşdan yuxarı insanlarda yüksək miopiya, orta və yüksək hipermetropiya, əvvəlki göz zədələri yaxud xoroidin iltihabıdır”, - deyə qeyd edib.

Həkim qlaukomanın iki növ – bucaqlı və açıq bucaqlı olduğunu deyib: “Birincisi kəskin bir hücumla başlayırsa, ikincisi demək olar ki, görünməz şəkildə ortaya çıxır və bu halda bir mütəxəssis tərəfindən müntəzəm profilaktik müayinəyə ehtiyac yaranır. Katarakt isə əksinə, irsi deyil və lens maddəsinin qocalması səbəbindən tamamilə hər kəsdə baş verə bilər. Göz xəstəlikləri, ultrabənövşəyi radiasiyaya məruz qalma, həmçinin kimyəvi təsirlər bu prosesi sürətləndirə bilər”.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev