Pankreatitin günahkarı! Bu vərdişlər mədəaltı vəzi məhv edir
07.09.2023 09:26

Alkoqoldan sui-istifadə çox vaxt pankreatitə gətirib çıxarır, lakin bu, patologiyalara səbəb olan yeganə pis vərdiş deyil.

Aztibb.az gazeta.ru-ya istinadən xəbər verir ki, bunu qastroenteroloq Yevgeniya Melnikova bildirib.

Xroniki pankreatitin 70 faizinə səbəb spirtli içkilərdir. Onun inkişafı üçün gündə cəmi 60-80 mililitr saf etil spirti kifayətdir. Bu vərdiş patoloji riski daha çox artırır.

Mütəxəssis əlavə edib ki, doymuş yağların və təmizlənmiş karbohidratların qəbulu mədəaltı vəzində iltihaba səbəb olur. Nəticədə, onlar diabetes mellitusun inkişafına və qanda qlükozanın sabit səviyyəsindən məsul olan insulinin təsirinə toxumaların həssaslığının azalmasına səbəb ola bilər.

Sülfonamidlər, tetrasiklin, metildopa, estrogenlər, valproik turşu, furosemid və azatioprin kimi dərmanların nəzarətsiz istifadəsi nəticəsində də pankreatit yarana bilər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev