Alimlər ürək xəstəliyi üçün yeni risk faktorunu aşkar ediblər
05.09.2023 12:33

Viskonsin Tibb Kollecinin (ABŞ) alimləri ürək xəstəlikləri ilə mübarizədə mühüm kəşf ediblər.

Aztibb.az xəbər verir ki, “Science” portalında dərc edilən kəşflə bağlı tibbi hesabat ürək-damar xəstəlikləri ilə mübarizə kontekstində çox aşağı sıxlıqlı lipoproteinlərin (VLDL) əhəmiyyətini vurğulayır.

Yüksək xolesterolu olan insanlar insult və infarkt kimi ürək-damar xəstəliklərinin inkişaf riski altındadırlar. Bu, xolesterolun damarların içərisində yığılması və onların tıxanmasına səbəb ola biləcəyi ilə bağlıdır.

Ürək-damar xəstəlikləri mövcud statistikaya görə vaxtından əvvəl ölümün əsas səbəblərindən biri olaraq qalır.

Mütəxəssislər ürək xəstəlikləri riskini artıran "pis" xolesterinin başqa formasının - VLDL-nin mövcudluğunu müəyyən ediblər. Maraqlıdır ki, mövcud dərmanlar bu tip xolesterol üzərində işləmir.

Təcrübələr zamanı tədqiqatçılar siçanları genetik cəhətdən dəyişiblər ki, onların qaraciyərində qan laxtalanmasının qarşısını alan tPA zülalının istehsalı dayansın. Bu manipulyasiya nəticəsində siçanlarda VLDL xolesterinin yüksək səviyyələri qeydə alınıb. Bu, qaraciyərdə olan tPA zülalının qanda xolesterinin səviyyəsinə mühüm təsirini göstərir ki, bu da qaraciyər, ürək və qan damarları arasında əlaqəni təsdiqləyir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev