Xroniki subdural qanama nədir?
01.09.2023 07:25

Çox zaman əhəmiyyət vermədiyimiz baş-beyin zədələnmələri zamanla xroniki subdural qanama kimi böyük fəsadlara gətirib çıxara bilər.


Aztibb.az xəbər verir ki, Bakı Neyrocərrahiyyə Mərkəzindən verilən məlumata görə, xroniki subdural qanama beyni örtən xarici pərdənin altında beyin səthində yavaş-yavaş inkişaf edən qanamadır.


Qeyd edilir ki, xroniki subdural qanamalarda beyin kiçilərək kəllə sümüyündən uzaqlaşır, yüngül travmalarda belə beyinin səthindəki damarların qopmasına gətirib çıxarır.


Xroniki subdural qanama daha çox 60 yaş üstü şəxslərdə görülür. Zamanla yığılan qan əlamət verəcək böyüklüyə çatdıqda başağrısı, yaddaş itkisi, huşunu itirmə, ürəkbulanma, qusma, ətraflarda gücsüzlük, görmə itkisi kimi əlamətlərlə özünü büruzə verir.


Xroniki subdural qanamalarda müalicə cərrahidir. Kəlləyə açılan dəlikdən (burr hole drenajı) qanama çölə axıdılıb, qoyulan kateter ilə yuyularaq laxtalar təmizlənir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub