Neyrocərrah: Hər yeni doğulan 1000 uşaqdan birində hidrosefaliya görülür
31.08.2023 16:35

Hidrosefaliya beyin cərrahlarının ən çox üzləşdiyi xəstəlik olub, hərfi tərcümədə “beyində su” deməkdir. Əslində isə beyin-onurğa beyin mayesinin (BOM) beyin daxili boşluqlarda, yəni mədəciklərdə normadan çox toplanmasını ifadə edir.


Aztibb.az xəbər verir ki, neyrocərrah Ruslan Yunusovun bildirdiyinə görə, normal insanlarda beyin mədəciklərində təxminən 25 ml BOM olur, lakin hidrosefaliyalı xəstələrdə bu mayenin miqdarı 3-4, hətta 10 dəfəyə qədər arta bilər.


Həkim qeyd edib ki, hidrosefaliya 15 yaşa qədər olan uşaqlarda və 50-60 yaşından sonra görünür. Statistik məlumatlara görə 15 yaşa qədər olan uşaqlar arasında rastgəlmə tezliyi 2-2,5/1000 nəfərdir, Azərbaycanda isə bu təxminən 3000-4000 nəfər deməkdir. Hər yeni doğulan 1000 uşaqdan birində hidrosefaliya görülür.


Hidrosefaliyanın əsas simptomları başın böyüməsi, əmgəklərin geniş və gərgin olması, gözlərin aşağı baxması (batan günəş simptomu), baş ağrısı, bulantı-qusma, qıcolma və s.dir.


Hidrosefaliyanın əsas müalicə üsulu əməliyyatladır. Hidrosefaliyanın növündən asılı olaraq, müalicədə şuntlama və ya endoskopik əməliyyatlardan istifadə olunur.


"Hidrosefaliyanın müalicəsində istifadə olunan dərman maddələrinin təsiri keçici olaraq beyin onurğa beyin mayesini ifrazını azaltmaqdan ibarətdir. Keçici təsir göstərdikləri üçündür ki, uşaqlar üçün uzun illər bu dərmanları valideyn almaq məcburiyyətində qalır. bu da məqsədə uyğun deyil. Dərman müalicəsində məqsəd əməliyyata qədər xəstənin simptomlarını azaltmaq olmalıdır, yəni başqa sözlə desək əməliyyata qədər vaxt qazandırmalıdır", - deyə həkim vurğulayıb.

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub